Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
February 13, 2025 at 04:05 PM
Şaban ayının 15-ci gecəsini, Bəraət gecəsini müsəlmanlar oyaq qalaraq, Allahla raz-niyazda keçirirlər. Gün çıxdıqdan sonra isə Həzrət Mehdinin (ə) mövludu qeyd olunur. Maraqlı bir rəmz var bu ayində: xilasverici səhərin açılmasını arzulayırsansa, gecə qaranlığında ayıq olmağı bacarmalısan. Gecənin sonu günün doğması ilə başa çatar, amma gecənin nə qədər çəkəcəyi insanın ayıqlığından asılıdır. Bəraət "təmizlənmə, arınma, çirkdən ayrılma" anlamına gəlir. Yalnız gecənin vahimə və qaranlığına uymayan, gözünü yumub özünü yuxuluğa vurmayan, səhərin ümidi ilə ayıqlığını qoruyan insan özünü təmizləyir, izafi kimliklərdən ayrılır, yəni ÖZÜ olur. Səhər də özünü tapanların üzünə açılır.Bütün sünilik və saxtalıqlardan azad olub, həqiqi kimliyini kəşf etmək imkanı. Ümid edirəm ki, saxta kimliklərin əsarəti altında dərin yuxuya getmiş insanlıq bu fürsəti əldən verməyəcək. Qəflət yuxusundan oyanmağımız dünyamızın qərq olduğu zülmət gecəni tezliklə işıqlı səhərlə əvəz edəcək. Bayramınız mübarək! Hacı Şahin Həsənli 2021
❤️ 😢 🙏 👍 75

Comments