Meydan Tv
Meydan Tv
February 18, 2025 at 02:03 PM
Prezidentin keçmiş kürəkəni, iş adamı Emin Ağalarovun Azərbaycanda kazino açılması barədə təklifi reallaşa bilər. "Mikroskop Media"nın yazdığına görə, onun təklifi artıq tikinti proyekti olaraq hazırlanır. Azərbaycanda kazinolarla bağlı hələlik rəsmi qərar olmasa da, Emin Ağalarovun artıq bu proyekti xarici investorlara sifariş etdiyi bildirilir. O, bununla bağlı görüntüləri öz rəsmi “TikTok” hesabında paylaşıb. Paylaşımda “Sea Breeze”-də iqtisadiyyat naziri Mikayıl Cabbarovun da iştirak etdiyi görüşdə Xəzər dənizi sahilində inşa ediləcək otellər, “Sea Breeze”-in müxtəlif tikinti layihələri və kazino kompleksinin ilkin görüntüləri təqdim edilib. Meydan TV-nin əldə etdiyi məlumata əsasən layihə türk şirkətlərindən birinə həvalə edilib. Digər bir məlumata əsasən kazino-qumar biznesi ilə bağlı yeni qanun layihəsi hazırlanır və yaxın gələcəkdə rəsmi olaraq bu biznes fəaliyyətinə icazə veriləcək.
😂 😡 😢 😮 4

Comments