
Meydan Tv
112 subscribers
About Meydan Tv
Meydan TV Azərbaycanın media məkanındakı alternativ səsidir!
Similar Channels
Swipe to see more
Posts

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Tofiq Yaqublunun 10 il, Elnur Məmmədovun isə 9 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Saxta sübutlarla həbsdə saxlandığını deyən Tofiq Yaqublu bildirib ki, bunun nəticəsi olaraq, 64 yaşını da bugünlərdə həbsxanada qeyd etmək məcburiyyətində qaldı. Onun sözlərinə görə, son 22 ildə dəfələrlə şərlənərək həbs edilib. Növbəti məhkəmə iclası fevralın 26-na təyin edilib.

Prezident İlham Əliyev bir neçə gün öncə vergi məsələsi ilə bağlı xalqa müraciət etmişdi: "Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır". Dünən isə Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb. Bununla bağlı ölkə başçısı qanun imzalayıb. Sizcə, Prezident İlham Əliyevin vətəndaşlardan vergi verməsini tələb etdiyi halda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması nə qədər doğrudur? Fikirlərinizi bölüşün, birlikdə müzakirə edək.

Volodimir Zelenski bildirib ki, Ukraynanın müharibə zamanı hərbi xərcləri 320 milyard dollar təşkil edib: “Müharibə Ukraynaya 320 milyard dollara başa gəlib, bunun 120 milyardını biz Ukrayna xalqı, 200 milyardını isə ABŞ və Avropa ödəyib”.

İsrail Baş naziri Binyamin Netanyahu Hikmət Hacıyevi qəbul edib. İki ölkə arasındakı münasibətlər və regional hadisələr müzakirə olunub.

İctimai fəal Möhyəddin Orucovun məhkəmə istintaqı yekunlaşıb, prokuror ona 7 il iş istəyib. Prokurorun çıxışından öncə sənədlər tədqiq olunub və bəzi ziddiyyətlər üzə çıxıb. "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan M.Orucov bir ildən çoxdur həbsdədir. Ona ittiham verilən Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsində 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Özü isə məhkəmədə ifadəsində deyib ki, anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə öncə 1 aylıq inzibati qaydada həbs olunub. Azadlığa çıxandan sonra da şirkət rəhbərliyi ilə polisin əlbirliyi, Suraxanı rayonu 32-ci polis bölməsində yaşananlar haqda müsahibəsinə görə narkotiklə şərlənərək bu dəfə uzunmüddətli həbsə göndərilib.

Azərbaycan bir çox xəbər saytlarına haker hücumu olub Saytların özünü "hüseynçilər" adlandıran haker qrupunun hücumuna məruz qaldığı bildirilir. Hücuma məruz qalan KİV-lər "Global Media Group" MMC-nin tərkibinə daxil olan "Report" İnformasiya Agentliyi, "Oxu.az", “Ölkə.az”, "Baku.ws", "Caliber.az" xəbər saytları, "Baku TV" yayım portalı, eləcə də "Azpolitika.info" saytıdır. Bu saytların əsas səhifəsinə "hüseynçilər" haker qrupunun loqosu olan post yerləşdirilib.

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb. Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsində indiyə qədər 46 mindən çox ukraynalı əsgərin həlak olduğunu bildirib. Zelenski NBC News telekanalına verdiyi müsahibədə müharibənin gedişatını dəyərləndirib. Döyüşlərdə təxminən 380 min Ukrayna əsgərinin yaralandığını qeyd edən Zelenski, minlərlə insanın itkin düşdüyünü və ya əsir götürüldüyünü bildirib. O, həmçinin 19 min 500 ukraynalı uşağın zorla Rusiyaya aparıldığını vurğulayıb.

Xalq artisti Əbdül Mahmudov “Əqrəb mövsümü” serialının ətrafında baş verən prosesə fikir bildirib. “Beynəlxalq aləmdə olan vəkillər nazirləri divara dirəyib, haqqı bərpa edirlər. Bizdə belə vəkil var? Vəkillər sevinməlidirlər ki, nəhayət, bunlar haqqında əsl həqiqətləri deyən oldu. Nədən narahatdırlar?” O, bu barədə pravda.az-a açıqlama verib: “Dahi Mirzə Ələkbər Sabir deyib ki, “Niyə bəs böylə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü?!” Aynaları niyə sındırırsınız? Gedin, sizi bu günə qoyan prokurora, məhkəmə sisteminə qarşı çıxın. Azərbaycanda hansı vəkil prokurorun, məhkəmənin təziyiqi olmayan yerdə məsələni həll edə bilib? Nümunə göstərsinlər, deyim ki, sağ ol. Namuslu, qeyrətli, iş görmək istəyən vəkillər az deyil. Amma heç bir işi həll edə bilmirlər."