Meydan Tv
Meydan Tv
February 18, 2025 at 03:45 PM
İctimai fəal Möhyəddin Orucovun məhkəmə istintaqı yekunlaşıb, prokuror ona 7 il iş istəyib. Prokurorun çıxışından öncə sənədlər tədqiq olunub və bəzi ziddiyyətlər üzə çıxıb. "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan M.Orucov bir ildən çoxdur həbsdədir. Ona ittiham verilən Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsində 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Özü isə məhkəmədə ifadəsində deyib ki, anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə öncə 1 aylıq inzibati qaydada həbs olunub. Azadlığa çıxandan sonra da şirkət rəhbərliyi ilə polisin əlbirliyi, Suraxanı rayonu 32-ci polis bölməsində yaşananlar haqda müsahibəsinə görə narkotiklə şərlənərək bu dəfə uzunmüddətli həbsə göndərilib.
😡 2

Comments