Meydan Tv
February 25, 2025 at 02:53 PM
Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, vətəndaşlarımızın küçədə həvəslə qartopu oynadığını xarici qonaqlar da gördülər:
“Azərbaycana qar az-az yağır. Xüsusilə gənclər qarı həvəslə gözləyirdilər. Paytaxtda da qar gec də olsa, yağdı. Müəyyən qədər yollarda problemlər yaransa da, böyük problem olmadı. Dövlətimiz əvvəlcədən tədbir görüb, yeni texnikalar alınıb, qarlı havada yollar təmizlənir. Ölkədə xarici qonaqlar var, ötən gün onlarla birlikdə idik. Qonaqlar da gördülər ki, doğrudan da, insanlarımız küçədə gecə yarısınadək böyük həvəslə qartopu oynayırlar. Mərkəzdən kənarda xırda problemlər ola bilər, çünki bölgəmiz bu cür soyuqları, qarı az görür. Cüzi problemlərdir, Allaha şükür, hər şey yaxşıdır”.
😂
😡
💩
5