Meydan Tv
Meydan Tv
February 25, 2025 at 05:10 PM
Bu ilin yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən yığılan 163,6 milyon manat məbləğində sığorta haqqının 73%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb. “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 119,4 milyon manat olub. Ən çox sığorta haqqı toplayanların ilk üçlüyünü 12,9 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 7,6 milyon manatlıq yığımla “Aqrar Sığorta” şirkətləri tamamlayır. Rəqəmlərdən də göründüyü kimi, sığorta bazarının 85,5%-i adları qeyd olunan 3 şirkətin – “Paşa”, “Atəşgah” və “Aqrar Sığorta” şirkətinin əlində cəmlənib. Bu ilin yanvar ayında 3 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 139,9 milyon manat olub.
👍 1

Comments