Meydan Tv
Meydan Tv
February 27, 2025 at 11:31 AM
Son günlər Azərbaycanda suyun bahalaşacağı ilə bağlı xəbərlər dolaşır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Aydın Abbasov deyib ki, Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Azərbaycanda 1 kub metr içməli su üçün 1 manat ödəniş etmək lazımdır. Bunun 70 qəpiyi içməli su, 30 qəpiyi isə kanalizasiya xidməti üçün ödənilir. Ermənistanda 1 kub metr içməli su üçün ödəniş 200 dram (86 qəpik) təşkil edir. Kanalizasiya xidməti üçün xüsusi bir ödəniş tələb olunmur. Gürcüstanda isə 1 kub metr içməli su üçün 0,5 lari (30 qəpik) ödəniş tələb olunur. İçməli su üçün 0,379 lari, kanalizasiya xidməti üçün isə 0,121 lari.
😢 👍 3

Comments