Meydan Tv
February 27, 2025 at 02:36 PM
Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan lideri Abdullah Öcalan paylaşdığı tarixi bəyanatda qurduğu qruplaşmanı silahlarını yerə qoymağa və fəaliyyətini dayandırmağa çağırıb.
Öcalanın müraciəti PKK ilə Türkiyə arasında on illərdir davam edən və son 40 ildə on minlərlə insanın həyatına son qoyan münaqişədə dönüş nöqtəsi ola bilər.
O, yarım səhifəlik bəyanatında silahlı mübarizənin bir zamanlar kürd kimliyinin inkarı, eləcə də kürdlərin hüquq və azadlıqlarının məhdudlaşdırılması səbəbindən zəruri olduğunu vurğulayıb.
Bununla belə, Öcalan Türkiyə hökumətinin 2014-cü ildən bəri kürd problemi ilə bağlı atdığı demokratik addımların və regional hadisələrin fonunda silahlı müqavimətin artıq mənasız olduğunu bildirib. “Ona görə də PKK ləğv edilməlidir”, - deyə o, bəyan edib.
👍
3