Meydan Tv
Meydan Tv
March 1, 2025 at 12:01 PM
Jurnalist Fatimə Mövlamlı həbs olunub. Bu barədə bu gün, martın 1-də Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub. Məhkəmədə iddia olunub ki, jurnalistin evində axtarış aparılan zaman döşəyinin altından 13500 avro pul tapılıb. Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
😡 😢 🤮 5

Comments