
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
February 17, 2025 at 11:58 AM
💬 *"Rəssamlıq mənim üçün ünsiyyətdir - mən rənglərlə özümü ifadə edirəm".*
İkinci dərəcə əlilliyi olan həmsöhbətimiz Elvin Əliyev uşaq yaşlarından 🖼 rəssamlığa olan marağını bu sözlərlə ifadə edir.
*DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində* təsviri incəsənət istiqaməti üzrə təlimləri uğurla başa vuran qəhrəmanımız əslində sadəcə rəsm çəkmir, istifadə etdiyi boyalarla həm də öz dünyasını rəngləndirir.🖌
⭐️ Tabloları yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilən istedadlı gəncimizin incəsənətə olan sevgisinin ona böyük uğurlar gətirəcəyinə inanır və gələcək nailiyyətlərini səbrsizliklə gözləyirik.
👍
❤️
13