Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
March 1, 2025 at 03:26 PM
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında üçüncü ⚽️ #minifutbol turnirinin pley-off mərhələsi keçirilib. Bu gün baş tutan oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin komandaları qarşılaşıblar. Əsas vaxtı 1-1 hesabı ilə bitən oyunun penaltilər seriyasında 5-4 hesabı ilə qalib gələn komandamız növbəti qrup mərhələsinə vəsiqə qazanıb. ✌️💪
👍 ❤️ 15

Comments