
AR Elm və Təhsil Nazirliyi
May 13, 2025 at 07:16 AM
Əziz məktəblilər!
“Məktəblilərarası Milli Hakaton”da iştirak etməyən və növbəti mərhələyə keçə bilməyən məktəblilər üçün “Milli Hakaton” həyəcanı davam edir!
Belə ki, siz learn.algoritmika.az platformasında aktiv olan yeni yarışda iştirak edərək rəqəmsal bilik və bacarıqlarınızı nümayiş etdirə, həmçinin sertifikat qazanmaq imkanı əldə edə bilərsiniz.
Mərhələli tapşırıqlardan ibarət olan bu yarışın məqsədi alqoritmik təfəkkürünüzü inkişaf etdirmək və proqramlaşdırma bacarıqlarınızı daha da möhkəmləndirməkdir.
İştirak etməyə tələsin!
#elmvətəhsilnazirliyi #rəqəmsalbacarıqlar #millihakaton2025

👍
❓
✅
❤️
👏
👌
👸
🙏
🤲
🩵
23