
AR Elm və Təhsil Nazirliyi
35.6K subscribers
About AR Elm və Təhsil Nazirliyi
Elm və Təhsil Nazirliyinin rəsmi WhatsApp kanalı 🔗https://www.facebook.com/tehsil.gov.az 🔗https://www.instagram.com/edugovaz 🔗https://www.youtube.com/user/tehsilgovaz 🔗https://twitter.com/tehsilgovaz 🔗https://www.linkedin.com/company/edugovaz/
Similar Channels
Swipe to see more
Posts

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb. İyunun 19-da keçirilən test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb. Bildiririk ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək. Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər. Qeyd edək ki, müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.


Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Bu mühüm tarix dövlətçiliyimizin qorunması baxımından xüsusi önəm daşıyır.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Elm və Təhsil Nazirliyinin əməkdaşları Abdulbağıyev Kamil Məhbub oğlu, Məmmədbəyova Nüşabə Faiq qızı, Müştaqova Məlahət Yunis qızı və Səttarov Rəcəb Məqsədoviç də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Cənab Prezidentə göstərdiyi yüksək diqqətə görə minnətdarlığımızı bildirir, təltif olunan əməkdaşlarımızı bu münasibətlə təbrik edirik! #ElmVəTəhsilNazirliyi #EduAz


Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib İyunun 20-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub. Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 3300 nəfər müəllim iştirak edib, 90% davamiyyət qeydə alınıb. Nəzərinizə çatdırırıq ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 19:00-dan etibarən başlanılacaq. Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.


Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22187-1


📢 Məktəbəhazırlıq qruplarına qəbul başladı! 📅 Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir. 🏫 Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə 10 iyuldan start veriləcək. ⏳ Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. 1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək. 🔔 Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.


Təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanları texniki imkanlarla təchiz olunmuş mərkəzləşdirilmiş sistem vasitəsilə monitorinq olunur. Bütün mərkəzlərdə keçirilən imtahanlara vahid sistem vasitəsilə nəzarət olunur.


📢 Məktəbəhazırlıq qruplarına qəbul başlayır 📅 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq. 🏫 Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq. ⏳ Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək. 🔔 Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur. #MÜTDA #EduAz #MəktəbəHazırlıq


🏫 Məktəb həyatının son, böyük yolun ilk addımında olan məzunlarımıza uğurlar arzulayırıq! #ElmVəTəhsilNazirliyi #SonZəng #Şagird

İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22163-1