
AR Elm və Təhsil Nazirliyi
May 21, 2025 at 01:30 PM
9-cu sinif şagirdlərinin nəzərinə!
“Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün onlayn imtahan 22–31 may tarixlərində həyata keçiriləcək!
🖥 İmtahan prosesi learn.algoritmika.az platforması vasitəsilə elektron şəkildə həyata keçiriləcək.
📩 Onlayn imtahan mərhələsində yalnız qeydiyyatdan keçmiş şagirdlər, e-poçt ünvanlarına göndərilən istifadəçi adı və şifrə ilə sistemə daxil olaraq iştirak edə bilərlər.
⏰ Qeyd edək ki, 22–31 may tarixləri arasında istənilən gün və saatda imtahan prosesində iştirak mümkündür, lakin imtahana daxil olduqda vaxt sayımı dərhal başlayır və 90 dəqiqə ərzində tamamlanmalıdır.
#elmvətəhsilnazirliyi #mütda #eduaz #rəqəmsalbacarıqlar

👍
🎀
❤️
🖕
😢
😳
🙏
❌
🤍
🧑🦲
67