Əhli-Sünnə Mədrəsəsi
May 23, 2025 at 01:34 PM
*Sünnəyə istehza edənin aqibəti:* Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (Allahın salatı və salamı olsun!) buyurmuşdur: *“Sizdən biri yuxudan oyandıqda əlini üç dəfə yuyana qədər onu qaba salmasın. Çünki əlinin harada gecələdiyini bilmir”.*
عن أبي هريرة رضي الله عنه قال: ”قال رسول الله صلى الله عليه وسلم: ”إذا استيقظ أحدكم من نومه، فلا يغمس يده في الإناء حتى يغسلها ثلاثا، فإنه لا يدري أين باتت يده“.
Mühəddis, fəqih (şafei) və təsəvvüfçü İmam Münavi belə deyir: “İmam Nəvəvi “Ariflərin Bostanı” adlı əsərində qeyd edir ki, Muhəmməd Fəzloğlu ət-Teymi “Səhihi-Müslim”ə yazdığı şərhində deyir: *“Bəzi bidətçilər bu hədisi eşidən zaman ona istehza ilə yanaşaraq dedi:* “Əlimin harada gecələdiyini mən bilirəm, yataqda gecələdi!” *Səhər açıldığı zaman əli dirsəyinədək arxa dəliyinə girmişdi”.* İbn Tahir dedi: *“Bir kimsə sünnələri və təvəqqüf mövqelərini (şəriətin sükut etdiyi və insan ağlının irəliləyə bilmədiyi, yalnız nəqlin - Quran və Sünnənin hökm verdiyi yerləri) həqir görməsin (alçaltmasın), çünki əməlinin bəd nəticəsi ona tezliklə üz tuta bilər”.*
قال النووي في بستانه عن محمد بن الفضل التيمي في شرحه لمسلم إن بعض المبتدعة لما سمع بهذا الحديث قال متهكما به: ”أنا أدري أين باتت يدي باتت في الفراش، فأصبح وقد أدخل يده في دبره إلى ذراعه“. قال ابن طاهر: ”فليتق امرؤ استخفافا بالسنن ومواضع التوقيف لئلا يسرع إليه شؤم فعله“.
فيض القدير شرح الجامع الصغير
Nəriman Goranboylu — *Əhli-Sünnə Mədrəsəsi ©* | https://dijit.al/ehlisunnemedresesi
❤️
👍
15