Maide.Az
Maide.Az
May 27, 2025 at 01:57 PM
Zil-Hiccə ayının ilk 10 gecəsinin namazı Məğrib və işa namazları arasında iki rükət (Zil-Hiccə ayının namazı niyyəti ilə sübh namazı kimi) namaz qılmağın çoxlu savabı vardır; belə ki, hər rükətdə “Həmd” surəsi oxunduqdan sonra bir dəfə “İxlas” surəsi və aşağıdakı ayə (Əraf surəsinin 142 ayəsi) oxunsun: وَ وَاعَدْنَا مُوسَى ثَلاثِينَ لَيْلَةً وَ أَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَ قَالَ مُوسَى لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَ أَصْلِحْ وَ لا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ Ayənin oxunuşu: Və vaədna Musa səlasinə ləylətən və ətməmnaha bi-əşri fətəmmə miqatu rəbbihi ər­bəinə ləyləh, və qalə Musa liəxihi Harunəxlufni fi qəvmi, və əslih və la təttəbi səbiləl-mufsidin. Bu namazı qılan kəs hacıların savabına şərik olar. Maide.Az- Maarif bölümü https://t.me/MaideTV
🙌 1

Comments