
Maide.Az
May 29, 2025 at 03:19 PM
NAMAZIN MÜQƏDDİMƏSİ
Üçüncü bab: Niyyətin sirri və batini qaydaları
Beşinci fəsil (51)
"Adabus-səlat" kitabından
Mövla Əli (ə) özünün bütün ibadət və riyazətlərinə baxmayaraq, bizdən çox acizlik bildirir, özünü kiçildir və boynuna düşən bəndəliyi Allaha layiq şəkildə yerinə yetirə bilməməsini etiraf edirdi. Halbuki Peyğəmbərin (s) təsdiq etdiyi kimi, Xəndək müharibəsi günü o Həzrətin bir zərbəsi bütün insan və cinlərin ibadətindən üstün idi.
"الضربة على يوم الخندق خير من عبادة التقلين
"Əlinin Xandak (müharibəsi) günü vurduğu bir zərbə bütün insan və cinlərin ibadətindən xeyirlidir." ("Biharul-ənvar, c. 39, s. 2, tarixul-Əmirilmöminin.)
Allahın ən abid bəndələrindən olmuş Əli ibn Hüseyn (ə) o Həzrət kimi olmaqda acizlik ifadə edirdi.
من يقوى على عباده علی بن ابی طالب :
"Kimin Əli ibn Əbu Talibin ibadətini etməyə gücü çatar?" ("Biharul-ənvar, c. 46, s. 75, tarixu Əli ibn Hüseyn, bab 5, hədis 65.)
Həm Əmirəlmöminin Əli (ə), həm də Allahın digər bütün bəndələrinin hüzurunda qul olduqları, maarif süfrəsinin qırıntılarını yedikləri, təlimlərini öyrəndikləri Peyğəmbər (s) kamilliyin bütün hərəkət dairəsini əhatə edən və mərifət və tövhidin xammalı olan son peyğəmbərlik libasını geyindikdən sonra on il Hira dağında o qədər ibadət- itaətlə məşğul olardı ki, mübarək ayaqları şişər və Allah-Taala ona طه ما انزلنا عليك القرآن لتشقى - "Ta-Ha. Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik". ("Ta-Ha", 1-2.) - ayəsini göndərərdi.
Buyurur ki, ey pak və doğru yol göstərən! Biz Quranı sənə çətinliyə düşməyin üçün nazil etmədik. Sən pak və doğru yol göstərənsən. Əgər insanlar sənə itaət etməsələr, bu, sənin hərəkətində və ya onları doğru yola istiqamətləndirməkdə nöqsana yol verməyindən deyil, onların nöqsan və bədbəxtliyindəndir. Lakin bütün bunlara baxmayaraq, Peyğəmbər (s) özünün aciz və müqəssir olduğunu elan edirdi.
Seyid ibn Tavusun Həzrət Əli ibn Hüseyndən (ə) nəql etdiyi bir hədislə biz bu kitabı bərəkətləndirmək istəyirik. Düzdür, həmin hədis bir az uzundur, amma o, Həzrət Əli ibn Hüseynin (ə) bəzi hallarından xəbər verdiyi üçün insanın ruhuna ətir saçır, qəlb ondan həzz alır.
عنه قُدَّسَ سِرُّهُ في فتح الابواب باسناده عن الزهري، قال: دَخَلْتُ مَعَ عَلي بن الحسين عليهما السلام على عَبْدُ المَلك بن مروان قالَ: فَاسْتَعْظم عبد الملك ما رَأَى مِنْ أَثَرِ السُّجُودِ بَيْنَ عيني على بن الحسين عليهما السلام فقال: يا ابا مُحَمَّدٍ، لقد بَيْنَ عَلَيْكَ الاجتهاد، وَ لَقَدْ سَبَقَ لك من الله الحسنى، وَ انْتَ بَضْعَةٌ مِنْ رسول الله صلى الله عليه و آله، قريب النسب، و كيد السَّبَبِ، وَ إِنَّكَ لَذُو فَضْلٍ عَظِيمٍ على اهل بيتك و ذوى عضرك، وَ لَقَدْ أُوتِيتَ مِنَ الْفَضْلِ وَ العلم و الدِّينِ وَ الْوَرَعِ مَا لَمْ يُؤْتَ احَدٌ مِثْلك و لا قبلك الا من مَضَى مِنْ سَلَفِكَ وَ اقْبَلْ يُتْني عليه ويُطريه. قال: فقال على بن الحسين عليهما السلام كلما ذَكَرْتَهُ وَ وَصَفْتَهُ، مِنْ فَضْلِ الله سبحانه و تانیده و توفيقه فاين شكره على ما انعم يا امير المؤمنين؟ كان رسول الله صلى الله عليه و آله يقف في الصلاة حتى ترم قدماء، ويظما في الصيام حتى يغصب فول فقيل له: يا رسول الله الم يغفر الله لك ما تقدم من ذنبك وما تأخر؟ فيقول (ص) أولا أكون عندا شكورا الحمد لله على ما أولى و ابلى وله الحمد في الآخرة و الأولى و الله من نعمة واحدة من جميع نعمه التي لا يحصيها العادون ولا يبلغ حد نعمة منها على جميع حمد الحامدين، لا والله، أو يراني الله لا يشغلني شيءٌ عَنْ شُكْرِهِ وَ ذِكْرِه فِي لَيْلٍ وَ لا نهار ولا سر و لا علانيه و لو لا ان لاهلى على حقا والسائر الناسِ مِنْ خَاصَهِمْ وَ عَامُهِمْ عَلَى حقوقاً لا يسعنى الا القيام بها حسب الوسع والطاقة حتى أوديها اليهم، لَرَمَيْتُ بِطَرْفِي إِلَى السماء وبقلبي إلى الله، ثم لم ارددهما حتى يقضى الله على نفسي، وَ هُوَ خَيْرٌ الْحَاكِمِينَ و بكي عليه السلام وبكى عبد الملك .... الخبرا لو تقطعت اعضائی و سالت مقلناي على صدرى ان اقوم الله جل جلاله بشكر عشر العشرة
Zuhəri deyir: "Əli ibn Hüseyn (ə) ilə birlikdə Əbdülməlik ibn Mərvanın yanına getdik. Əbdülməlikin gözü Əli ibn Hüseynin (ə) alnına sataşdı və o Həzrətin alnında səcdə əlamətini görüb təəccüb edərək dedi: "Ey Əbu Məhəmməd, Allahın sənin üçün əvvəldən xeyir müqəddər etməsinə baxmayaraq, səndə (ibadətdə) çalışqanlıq nişanəsi görünür.
Sən Peyğəmbərin (s) bədəninin bir parçasısan, ona qohumluğun yaxın, bağlılığın möhkəmdir. Sən həm ailə üzvlərin, həm də zamanının insanları arasında böyük fəzilətə maliksən. Sənə səndən əvvəlki ata-babandan başqa nə indi, nə keçmişdə heç kəsə verilməmiş fəzilət, elm, din və təqva verilmişdir". Əbdülməlik beləcə o Həzrəti çox təriflədi. Sonra Əli ibn Hüseyn (ə) buyurdu: "Ey möminlərin əmiri, Allahın (bizə əta etdiyi) bu fəzilət, qüvvət və müvəffəqiyyət nemətinin şükrünü necə yerinə yetirmək olar? Peyğəmbər (s) o qədər namaz qılardı ki, ayaqları şişərdi, oruc günlərində dodaqları susuzluqdan quruyardı. O Həzrətə (s) dedilər ki, "Ya Peyğəmbər, məgər Allah-Taala sənin keçmiş və gələcək günahlarını bağışlamayıb?" ("Fəth" surəsinin 2-ci ayəsinə işarə edirlər.) Peyğəmbər (s) buyurdu ki, "Şükür edən bəndə olmayım? Şükür olsun Allaha əta etdiyi nemətə və bizi çəkdiyi imtahanlara görə. Həm dünyada, ham da axirətdə şükür Ona məxsusdur! And olsun Allaha, əgər bədənim parça-parça olsa və gözlərimi hədəqəsindən çıxarıb sinəmə töksələr ki, Allahın sayanların sayıb qurtara bilmədikləri və bütün həmd edənlərin onlardan birinin haqqını əda edə bilmədikləri nemətlərinin onda birisinin şükrünü yerinə yetirim, vallah, bacarmaram. Bu istisna ilə ki, Allah gecə və gündüz, gizlin va aşkarda heç nəyin məni Ona şükür etməkdən və Onun zikrindən yayındırmadığını görsün.
Əgər ailəmin mənim boynumda haqqı olmasaydı, həmçinin başqalarının mənim boynumda gücüm çatan qədər yerinə yetirməyim vacib olan haqlar olmasaydı, gözümü səmaya dikib qəlbimi Allaha yönəldər və Allah canımı alana kimi göz və qəlbimi bir an belə ayırmazdım. Odur hökm edənlərin ən yaxşısı!" Sonra o hHəzrəti (ə) ağlamaq tutdu və Əbdülməlik də ağladı.
Biz ixlasın bu kitaba münasib olmayan dərəcələrinin izah edilməsindən daşındığımız kimi, bu mübarək hədisin də tərcüməsi fikrindən daşındıq ki, söhbətin uzanmasına və oxucuların yorulmasına səbəb olmasın. ("Biharul-anvar", c. 46, s. 57, "fəthul-əbvab".)
(İmam Xomeyninin "Adabus-səlat" kitabından, səh.140-141.)
Maide.az – Maarif bölümü
@MaideTV
❤️
👍
3