
Maide.Az
June 2, 2025 at 07:52 AM
ƏBU HƏMZƏ SUMALİ DUASI-32
Ey mənim Mövlam! Dünya sevgisini qəlbimdən çıxart, məni yaratdıqlarının ən üstünü və peyğəmbərlərin sonuncusu Muhəmməd Mustəfa və onun Əhli-beyti ilə birgə et. (Allahın salam və salavatı ona və Əhli-beytinə olsun!) Məni tövbə ilə Sənə doğru üz tutanların məqamına ucalt. Öz halıma ağlaya bilmək üçün mənə kömək et; çünki ömrümü bu gün-sabah edərək puç arzularla bada verdim və xeyrə çatacağından məyus olanların səviyyəsinə endim. Heç məndən də pis halda olan varmı? Bu halla qəbrə necə gedim ki, orada rahat olmağım üçün heç nə hazırlamamış, dinc olmağım üçün oranı saleh əməllərlə döşəməmişəm?
#əbuhəmzəsumaliduası #dua #munacat
@MaideTV
💔
1