
Maide.Az
June 3, 2025 at 12:22 PM
5-Cİ İMAMDAN 5 HƏDİS-7
1. İmam Baqir (ə) buyurmuşdur:
كُلُ عَيْنٍ باكِيَةٌ يَوْمَ القِيامَةِ اِلاّ ثَلاثَ عُيُونٍ: عَيْنٌ سَهَـرَتْ فِى سَبـيلِ اللّه ِ. وَ عَيْنٌ فاضَت مِنْ خَشْيَةِ اللّه ِ. وَ عَيْنٌ غَضَّتْ عَنْ مَحارِمِ اللّه
Qiyamət günü üç gözdən başqa, bütün gözlər ağlayacaq:
1. Allah yolunda oyaq qalan göz;
2. Allah qorxusundan ağlayan göz;
3. İlahi haramlara yumulan göz.
("Mədinul-cəvahir və riyazətul-xəvatir", səh.34.)
2. İmam Baqir (ə) buyurmuşdur:
عَلَيْكُمْ بِالصَّدَقَةِ فَبَكِّرُوا بِهَا فَإِنَّهَا تُسَوِّدُ وَجْهَ إِبْلِيسَ وَ تَكْسِرُ شِرَّةَ اَلسُّلْطَانِ اَلظَّالِمِ عَنْكُمْ فِي يَوْمِكُمْ ذَلِكَ
“Sizə sədəqə verməyi tövsiyə edirəm. Elə isə gününüzü sədəqə ilə başlayın; çünki sədəqə İblisin üzünü qaraldar və (sədəqə verdiyiniz) həmin gün zalım soltanın qəzəbi sizə təsir etməz.”
(“Tuhəful-uqul”, c.2, səh.298.)
3. İmam Baqir (ə) buyurmuşdur:
اِنَّ اَعْجَلَ الْخَيرِ ثَوابا صِلَةُ الرَّحِمِ
"Qohum-əqrəbaya yaxşılığın mükafatı insana hər bir yaxşılıqdan tez çatır."
("Kafi", c.2, səh.152, hədis 15.)
4. İmam Baqir (ə) buyurmuşdur:
المؤمنُ أصْلَبُ مِن الجَبلِ، الجَبلُ يُسْتَقَلُّ مِنه، و المؤمنُ لا يُسْتَقَلُّ مِن دِينِه شَيءٌ
"Mömin dağdan da möhkəmdir; dağdan azalar, möminin dinindən isə heç nə azalmaz."
("Kafi", c.2, səh.241, hədis 37.)
5. İmam Baqir (ə) buyurmuşdur:
إنّي لَأَعلَمُ أنَّ هذَا الحُبَّ الَّذي تُحِبّونّا لَيسَ بِشَيءٍ صَنَعتُمُوهُ، ولكِنَّ اللّهَ صَنَعَهُ
"Mən əminəm ki, sizin bizə olan bu sevginiz əsla öz işiniz deyil, əksinə, Allahın işidir."
("Əl-məhasin", c.1, səh.246, hədis 457.)
Maidə.az - Maarif bölümü
@MaideTV