
Maide.Az
June 5, 2025 at 05:08 AM
💠 “ƏRƏFƏ”NİN ƏZƏMƏTİ - Ayətullah Cavadi Amuli
🔹 Bu gün “Ərəfə” günüdür, dua və münacat (ah-nalə) günüdür!
Bizim bir elmimiz var, bir duamız var, bir də münacatımız var!
🔹 Bizim namaz qılmağımız və yaxud namazdan sonra dua etməyimiz “münacat” deyil; əlbəttə, bunların da öz savabı vardır.
Lakin – Allah eləməsin – birinə deyilsə ki, bədxassəli xərçəng xəstəliyiniz var, o, necə dua edər? O, yalnız «اللهم اشفنی» – “İlahi, mənə şifa ver!” – deməyəcək, əksinə ah-nalə edəcək.
Dua odur ki, onda həm elm var, həm də əməl!
🔹 Xacə Abdullah Ənsarinin “İlahi, məni elm sahibi yox, əməl sahibi et!” – münacatı da elə bu baxımdandır. “Ərəfə” günü belə bir gündür.
🔹 İmam Səccadın (ə) “Ərəfə” günündə oxuduğu nurani duada mübarək Ramazan ayına aid olan ifadələr işlənilir. Biz Ramazan ayında nə deyirik?
Deyirik ki:
هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَی الشُّهُور
“Bu ay elə bir aydır ki, onu əzəmətli, kəramətli, şərafətli və digər aylardan fəzilətli etmisən.”
İmam Səccadın (ə) “Ərəfə” günündə oxuduğu nurani duada da deyilir ki, ”ilahi, bu günü şərafətli və kəramətli etmisən!”
Bu gün mübarək Ramazan ayına oxşayır; dua vaxtıdır.
اللَّهُمَّ هَذَا یوْمُ عَرَفَةَ،
“İlahi, bu gün Ərəfədir.”
یوْمٌ شَرَّفْتَهُ وَ کرَّمْتَهُ وَ عَظَّمْتَهُ،
“Bir gün ki, onu şərafətli, kəramətli və əzəmətli etmisən.”
#ərəfəgünü #dua #münacat #ayətullahcavadiamuli
@MaideTV