
IDDA Alumni Community 🚀
May 30, 2025 at 02:54 PM
Əziz məzunlar, möhtəşəm bir xəbərlə gəlmişik! 🤩
🚀 Agentliyimiz və Andersen Lab tərəfdaşlığı ilə həyata keçiriləcək “IT SkillsBridge” ödənişli təcrübə proqramına qeydiyyat başladı!
Bu proqram İKT sahəsində bilik və bacarıqlarını peşəkar mühitdə təkmilləşdirmək istəyən gənclər üçün nəzərdə tutulub.
📍 *Layihə mərhələləri:*
▪️ 3 ay – Java, QA və Sistem Təhlili üzrə təkmilləşdirici təlimlər;
▪️ 6 ay – real layihə simulyasiyaları;
▪️ 3 ay – Andersen-də real təcrübə imkanı.
🔎*Proqramda kimlər iştirak edə bilər:*
📌 Universitet məzunu olmaq;
📌 Bakı şəhərində yaşayan;
📌 Şəxsi kompüterə və üst səviyyə ingilis dili bacarıqlarına sahib olan;
📌 Java, QA və Sistem Təhlili üzrə baza bilikləri olan namizədlər.
🔗*Qeydiyyat linki:* https://traineeship-program-idda-azerbaijan.andersenlab.com/
🔹 Qeyd edək ki, təcrübə proqramı ərzində namizədlərə ödəniş ediləcək.
🔹Seçim zamanı Agentliyimizin təqaüd proqramı məzunlarına üstünlük veriləcəkdir.

❤️
👍
4