UNEC
UNEC
May 13, 2025 at 05:40 AM
Son 2 gün! Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər: - Azərbaycan Respublikasının vətəndaşı olmalı; - Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı; - Cari tədris ilinin payız semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır. Tələbələri bu fürsətdən yararlanmağa dəvət edirik! Müraciət zamanı (mövzu hissəsində “Yay Təcrübə Proqramı 2025” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. 🗓️ Son müraciət tarixi: 14 may 2025-ci il 📅 Proqramın müddəti: 7 iyul - 5 sentyabr 2025-ci il Ətraflı məlumat üçün: https://lnkd.in/ezDM6cwn
Image from UNEC: Son 2 gün!  Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər:...
👍 1

Comments