
UNEC
June 2, 2025 at 07:34 AM
*UNEC-də hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da həftənin şənbə günləri rektor prof. Ədalət Muradovun “Açıq qapı” günləri keçiriləcək.*
“Açıq qapı” günləri *14, 21, 28 iyun, saat 10:00-da UNEC-in əsas tədris binasında* təşkil olunacaq. İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər.
“Açıq qapı”ya *“1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na* zəng edərək yazılmaq mümkündür.

❤️
😂
🙏
6