
UNEC
June 9, 2025 at 07:27 PM
*12-14 iyun 2025-cü il tarixlərində* Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun baş sponsorluğu ilə *VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) təşkil olunacaq.*
UNEC-in 95 illik yubileyinə həsr olunan bu ilki konfrans “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem” mövzusuna həsr olunub.
Konfrans çərçivəsində kitab sərgisi, məruzə sessiyaları və onlayn vörkşoplarla yanaşı, “Cop-29 Azərbaycan töhfəsi: İqlim dəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə” və “Dairəvi iqtisadiyyatın drayverləri: Rəqəmsal transformasiya və dayanıqlı ekosistem” mövzularında panel müzakirələr təşkil olunacaq.

❤️
👍
4