
Nicat Gəmisi | سفينة النجاة
May 24, 2025 at 08:05 AM
*Fiqhi mənfəət:* Şafei elm tələbələri üçün gözəl bir müxtəsər: Məss ilə (cinsiyyət orqanına *toxunuşla* əlaqəli bir istilah) ləms (bütün bədəndəki dəriyə *toxunuşla* əlaqəli bir istilah) arasındakı fərq:
*a) Məss:* Yalnız toxunan şəxsin dəstəmazı pozulur, toxunulan şəxsin dəstəmazı pozulmaz. *Ləms:* Həm toxunanın, həm də toxunulanın dəstəmazı pozulur.
*b) Məss:* Yalnız ovuc və barmaqların iç tərəfi ilə (toxunmaqla) baş verir (dəstəmaz pozulur). *Ləms:* Bədənin istənilən dəri hissəsinə toxunmaqla dəstəmaz pozulur.
*c) Məss:* Cinsiyyət fərqi şərt deyil. *Ləms:* Cinsiyyət fərqi şərtdir (yəni kişi ilə qadın arasında birbaşa dəri təması olarsa, dəstəmaz pozulur).
*ç) Məss:* Şəhvət yaşı həddinə çatmaq şərt deyil. *Ləms:* Şəhvət yaşına çatmaq şərtdir.
*d) Məss:* Naməhrəm olması şərt deyil. *Ləms:* Naməhrəm olması şərtdir (bir kişi və məhrəmi olmayan bir qadın olması və ya əksi).
*e) Məss:* Bədəndən ayrılmış bir orqanın hələ də adı qalıbsa, pozulur. *Ləms:* İmam ibn Həcərə görə, adını saxlaması şərt deyil, İmam Rəmliyə görə isə, şərtdir.
*ə) Məss:* Bir şəxslə də baş verir. *Ləms:* Ən azı iki nəfər və ya ikidən çox olması lazımdır.
*f) Məss:* yalnız övrət yerləri ilə, yəni ön və ya arxa cinsiyyət orqanına toxunmaqla baş verir. *Ləms:* Yalnız övrət yerlərinə aid deyil, bədənin istənilən birbaşa dəri hissəsinə toxunmaqla baş verir.
الفرق بين المس واللمس: المس: ينتقض الماس دون الممسوس، اللمس: ينتقض اللامس والملموس. المس: خاص ببطن الراحة وبطون الأصابع، اللمس: ينتقض بلمس جميع البَشَرَة. المس: لا يشترط اختلاف الجنس، اللمس: يشترط اختلاف الجنس. المس: لا يُشترط بلوغ حَدَّ الشهوة، اللمس: يُشترط بلوغ حد الشهوة. المس: لا يُشترط عدمُ المَحْرَمِيَّةِ، اللمس: يُشترط عدمُ المَحْرَمِيَّة. المس: العضو المنفصل يَنقُضُ إن بقي اسمه، اللمس: لا يُشترط بقاء الاسم عند ابن حجر، ويُشترط عند الرملي. المس: يكون من شخص واحد، اللمس: لا بد من شخصين فأكثر. المس: يختص بالفَرْجِ: القُبل أو الدبر، اللمس: لا يختص بالفَرْجِ.
كتاب الأهم
*Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi
❤️
3