Nicat Gəmisi | سفينة النجاة
Nicat Gəmisi | سفينة النجاة
May 26, 2025 at 12:32 PM
*Hüccətülislam İmam Qəzali əş-Şafei əl-Əşəridən fiqh mənimsəyən bir azərbaycanlı daha, İmam Sübki əş-Şafei əl-Əşəri xəbər verir:* Nəsrullah Mənsuroğlu (Mənsur) Səhloğlu Cənzi Əbülfəth Düvəyni —Azərbaycanda yerləşən Düvəyn* adlı bir qəsəbəyə nisbətdir. Bu Şeyx “Kəmal” ləqəbi ilə ləqəblənmişdi. İbn Səmanei əş-Şafei belə deyir: *“O, əxlaqlı, saleh bir fəqih idi. Bağdadda İmam Qəzalidən dərindən fiqh öyrənmiş, daha sonra Xorasana köçərək Nişapurda, Mərvdə və Bəlxdə yaşamışdır. Nəhayət, Bəlxdə də (indiki Əfqanıstan ərazisi) vəfat etdi”.* Nişapurda dinlədiyi alimlər Əbülhəsən Əli Əhmədoğlu Mədini, Əbu Bəkr Əhməd Səhloğlu Sərrac, Əbdülvahid Qüşeyri və digərləri. Bəlxdə hədis rəvayət etdi. Əbu Səid ibn Səmanei ondan yazıb iki cüz seçib istifadə etmişdir. O, deyir: *“O, hicri 546-cı ilin Ramazan ayının sonlarında Bəlxdə vəfat etdi”.* نصر الله بن مَنْصُور بن سهل الجنزي أَبُو الْفَتْح الدويني - نِسْبَة إِلَى دوين بَلْدَة من أذربيجان. وَكَانَ هَذَا الشَّيْخ يلقب بالكمال. قَالَ ابْن السَّمْعَانِيّ: ”كَانَ فَقِيها صَالحا مَسْتُورا تفقه بِبَغْدَاد على أبي حَامِد الْغَزالِيّ وانتقل إِلَى خُرَاسَان وَسكن نيسابور ثمَّ مرو ثمَّ بَلخ إِلَى أَن توفّي بهَا“. سمع بنيسابور أَبَا الْحسن عَليّ بن أَحْمد الْمَدِينِيّ وَأَبا بكر أَحْمد بن سهل السراج وَعبد الْوَاحِد الْقشيرِي وَغَيرهم. وَحدث ببلخ. كتب عَنهُ أَبُو سعد بن السَّمْعَانِيّ وانتخب عَلَيْهِ جزأين وَقَالَ: ”مَاتَ ببلخ فِي أَوَاخِر رَمَضَان سنة سِتّ وَأَرْبَعين وَخَمْسمِائة“. طبقات الشافعيّة الكبرى *Düvəyn — indiki Ermənistanın Qarni kəndi yaxınlığında yerləşən tarixi məkan, müasir Azərbaycanın coğrafiyası baxımından ən yaxın şəhər və ya rayon mərkəzi olaraq Naxçıvan Muxtar Respublikası Sədərək rayonu ərazisinə yaxın sayılan qədim Azərbaycan bölgəsi. Bu ərazini indiki Tovuz bölgəsinə də istinad edirlər, amma ilki kimi qüvvətli bir istinad deyil. Hətta qüvvətli bir qövlə görə Qüds Fatehi Şeyxülislam Səlahəddin Əyyubi əş-Şafei əl-Əşəri bu qəsəbədə dünyaya açmışdır. *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi
❤️ 👍 4

Comments