Nicat Gəmisi | سفينة النجاة
Nicat Gəmisi | سفينة النجاة
June 4, 2025 at 10:56 PM
*Fiqhi mənfəət:* Bu namaz (bayram namazı) iki rükətdir. Namaza ehramla (iftitah təkbiri ilə) başlayar, sonra vəccəhtü duası oxuyar, sonra hər iki təkbir arasında orta uzunluqda bir ayə qədər dayanmaqla yeddi təkbir gətirər, bu ara təhlil, təkbir, təmcid edər, (yəni): سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ *“Allah nöqsanlardan münəzzəhdir, həmd yalnız və yalnız Allahadır, Allahdan başqa ibadətə layiq heç bir haqq məbud yoxdur, Allah ən böyükdür!”* — deməsi gözəldir. Daha sonra təəvvüz edər, sonra qiraətə (Fatihə və zəmmə) başlayar, sonra ikinci rükət üçün qiraətdən əvvəl beş dəfə təkbir gətirər və əvvəlki və ikinci rükətdəki bütün təkbirlər üçün əlləri qaldırar (məndubdur). ”وَهِيَ رَكْعَتَانِ يُحْرِمُ بِهِمَا، ثُمَّ يَأْتِي بِدُعَاءِ الِافْتِتَاحِ ثُمَّ سَبْعِ تَكْبِيرَاتٍ يَقِفُ بَيْنَ كُلِّ ثِنْتَيْنِ كَآيَةٍ مُعْتَدِلَةٍ، يُهَلِّلُ وَيُكَبِّرُ، وَيُمَجِّدُ، وَيَحْسُنُ: سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهُ إلَّا اللَّهُ، وَاَللَّهُ أَكْبَرُ، ثُمَّ يَتَعَوَّذُ وَيَقْرَأُ، وَيُكَبِّرُ فِي الثَّانِيَةِ خَمْسًا قَبْلَ الْقِرَاءَةِ، وَيَرْفَعُ يَدَيْهِ فِي الْجَمِيعِ“. Hər iki təkbir arasında ehram təkbirində olduğu kimi sağ əlini sol əlinin üstünə sinəsinin altına qoyması sünnədir. ”وَيُسَنُّ أَنْ يَضَعَ يُمْنَاهُ عَلَى يُسْرَاهُ تَحْتَ صَدْرِهِ بَيْنَ كُلِّ تَكْبِيرَتَيْنِ كَمَا فِي تَكْبِيرَةِ الْإِحْرَامِ“. (Bu təkbirlər) nə fərzdir, nə əbaz sünnədir. Əgər bir kimsə bu təkbirləri unudarsa və qiraətə başlayarsa, təkbirləri qaçırmış olar. (İmamımız Şafeinin) qədim görüşünə görə, rüku etmədiyi müddətcə təkbir gətirər. Birinci rükət üzrə Fatihə surəsindən sonra Qaf surəsini, ikinci rükət üzrə isə Qamər surəsini səsli və hər ikisini kamil olaraq oxuyar. ”وَلَسْنَ فَرْضًا وَلَا بَعْضًا، وَلَوْ نَسِيَهَا وَشَرَعَ فِي الْقِرَاءَةِ فَاتَتْ، وَفِي الْقَدِيمِ يُكَبِّرُ مَا لَمْ يَرْكَعْ، وَيَقْرَأُ بَعْدَ الْفَاتِحَةِ فِي الْأُولَى "ق" ، وَفِي الثَّانِيَةِ اقْتَرَبَتْ بِكَمَالِهِمَا جَهْرًا“. (Fatihə surəsindən sonra) birinci rükətdə Qaf surəsini, ikinci rükətdə isə İqtərəbət (Qamər) surəsini hər ikisi olmaqla tam şəkildə oxuyar, çünki bu, “Səhihi-Müslim”də sabit olmuşdur, hətta bu uzatma səbəbi ilə camaatın rizası olmasa belə. ”(وَيَقْرَأُ بَعْدَ الْفَاتِحَةِ فِي) الرَّكْعَةِ (الْأُولَى ”ق“، وَفِي الثَّانِيَةِ ”اقْتَرَبَتْ“ بِكَمَالِهِمَا) كَمَا ثَبَتَ فِي صَحِيحِ مُسْلِمٍ وَإِنْ لَمْ يَرْضَ الْمَأْمُومُونَ بِالتَّطْوِيلِ“. Əgər imam birinci rükətdə Əla surəsini, ikinci rükətdə isə “Ğaşiyə” surəsini oxusa, bu da sünnə sayılır, çünki bu iki surə ilə namaz qılmaq da “Səhihi-Müslim”də sabit olmuşdur və “ər-Rövzə” əsərində də bu şəkildə qeyd olunmuşdur. İmam Əzrai belə demişdir: *“Ancaq İmam Şafei və onun dostlarının açıq şəkildə ifadə etdikləri görüş birincilərdir (Qaf və İqtərəbət)”.* ”وَلَوْ قَرَأَ فِي الْأُولَى {سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} [الأعلى: 1] [الْأَعْلَى] وَفِي الثَّانِيَةِ {هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ} [الغاشية: 1] [الْغَاشِيَةَ] كَانَتْ سُنَّةً أَيْضًا كَمَا فِي الرَّوْضَةِ لِثُبُوتِهِ أَيْضًا فِي صَحِيحِ مُسْلِمٍ. قَالَ الْأَذْرَعِيُّ: لَكِنَّ الَّذِي نَصَّ عَلَيْهِ الشَّافِعِيُّ وَالْأَصْحَابُ الْأَوَّلُ“. مغني المحتاج *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi
👍 1

Comments