
Nicat Gəmisi | سفينة النجاة
June 5, 2025 at 12:12 PM
*Müxtəsər Qurban bayramı namazı təlimi:* Bayram namazı iki rükətdir və sünnədir. Bəziləri bu namaza fərzi-kifayə və bəziləri buna vacib də demişdir.
🤲🏻 *Birinci rükət:*
1️⃣ *Niyyət:* “Niyyət etdim Allah rizası üçün bayram namazını qılmağa”. Camaatdandırsa: “Uydum (tabe oldum) imama”, imamdırsa: “İmam olaraq”, - deyər. Qəlblə niyyət fərzdir, dillə ifadəsi müstəhəbdir.
2️⃣ Gücü varsa, *qiyam,* yəni ayaq üstə dayanar.
3️⃣ (Niyyətlə birgə) *iftitah təkbiri* (namaza başlama təkbiri) gətirər: əllərini qulaq səviyyəsinə qaldırarkən *“اللهُ أَكْبَرُ”* — deyərək namaza başlayar və təkbirdən sonra sağ əlini sol əlinin üzərinə qoymaqla yanaşı sol əlin bilək qismini qavrayaraq göbəyinin üstündə (sinəsinin altında) bağlayar.
*Vəccəhtü* (iftitah) duasını (özü eşidəcək qədər səs tonu ilə) oxuyar:
*وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَالسَّمَوَاتِ وَالأَرْضَ حَنِيفًامُسْلِمًا وَمَااَنَا مِنَ الْمُشْرِكِينَ، إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ لاَشَرِيكَ لَهُ، وَبِذَلِكَ أُمِرْتُ وَاَناَمِنَ الْمُسْلِمِينَ*
*Səsli olaraq ard-arda yeddi dəfə təkbir gətirər,* hər bir təkbir üçün əllərini qulaq səviyyəsinə qədər qaldırar və hər bir təkbir arası əllərini az əvvəl qeyd edildiyi kimi bağlayar, habelə hər təkbir arası (əgər imamdırsa, səsli olaraq) sadəcə özü eşidəcək qədər səs tonu ilə təhlil, təkbir və təmcid edər:
1. *اللهُ أَكْبَرُ:*
سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ
2. *اللهُ أَكْبَرُ:*
سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ
3. *اللهُ أَكْبَرُ:*
سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ
4. *اللهُ أَكْبَرُ:*
سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ
5. *اللهُ أَكْبَرُ:*
سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ
6. *اللهُ أَكْبَرُ:*
سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ
7. *اللهُ أَكْبَرُ.*
(Özü eşidəcək qədər səs tonu ilə) *təəvvüz gətirər* (əuzu oxuyar):
*أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيطَانِ الرَّجِيمِ*
4️⃣ *Fatihə* surəsini (bəsmələ də Fatihədən bir ayədir) oxuyar (imamdırsa, səsli olaraq oxuyar, əgər camaatdandırsa, özü eşidəcək qədər səs tonu ilə imamdan sonra sadəcə Fatihə surəsini oxuyar):
1. *بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ*
2. *الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ*
3. *الرَّحْمَٰنِ الرَّحِيمِ*
4. *مَالِكِ يَوْمِ الدِّينِ*
5. *إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ*
6. *اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ*
7. *صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ*
Fatihə bitdikdən sonra səsli olaraq *amin* deyər (və imamdırsa, arxadakı camaatın da Fatihə surəsini oxuması üçün bir Fatihə miqdarı gözləyər), amin ləfzi:
*آمِينَ رَبَّ الْعَالَمِينَ*
Daha sonra (özü eşidəcək qədər səs tonu ilə) *təəvvüz gətirər* (əuzu oxuyar):
*أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيطَانِ الرَّجِيمِ*
Daha sonra səsli olaraq *bəsmələni* oxuyar:
*بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ*
Daha sonra səsli olaraq *zəmm* (Qurandan istənilən bir ayə, istənilən bir surə) oxuyar (birinci rükət üçün Qaf surəsi və ya Əla surəsini oxuması da müstəhəbdir, əfzəl olan Qafdır), camaat heç nə oxumaz.
5️⃣ (İmamdırsa, səsli olaraq) əllərini qulaq səviyyəsinə qaldırarkən *“اللهُ أَكْبَرُ”* — deyərək *rükuya* gedər və rükuda (hər kəs) üç dəfə sadəcə özü eşidəcək qədər səs tonu ilə *təzim* zikrini edər:
*سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ*
6️⃣ *Rükuda itminan edər,* yəni ən azı bir sübhanallah miqdarı qədər gözləyər.
7️⃣ *Rükudan qalxar* və (imamdırsa, səsli olaraq) qalxarkən belə deyər:
*سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ*
*Tam dikəldikdən sonra* isə (hər bir kəs sadəcə özü eşidəcək qədər səs tonu ilə) belə deyər və əllərini qulaq səviyyəsinə qədər qaldırar, endirər və əlləri sərbəst buraxar, bağlamaz:
*رَبَّنَا لَكَ الْحَمْدُ*
8️⃣ *Tam dikəldikdən sonra ən az bir sübhanallah miqdarı qədər gözləyər.*
9️⃣ (İmamdırsa, səsli olaraq) *“اللهُ أَكْبَرُ”* — deyərək səcdəyə gedər, ilk əvvəl dizlərini yerə atar, ardınca əllərini yerə qoyar və səcdə edər.
*Səcdədə ikən* sadəcə özü eşidəcək qədər səs tonu ilə *üç dəfə belə zikr edər:*
*سُبْحَانَ رَبِّيَ الْأَعْلَى*
1️⃣0️⃣ *Səcdədə ən az bir sübhanallah miqdarı gözləyər.*
1️⃣1️⃣ Əllərini qaldırmadan (əgər imamdırsa, səsli olaraq) *“اللهُ أَكْبَرُ”* — deyərək səcdədən qalxar və iftiraş şəklində *oturaraq* iki səcdə arasında sadəcə özü eşidəcək qədər səs tonu ilə belə zikr edər:
*رَبِّ اغْفِرْ لِي*
1️⃣2️⃣ *İki səcdə arasında oturarkən itminan edər,* yəni ən az bir sübhanallah miqdarı qədər gözləyər.
Daha sonra əlləri qaldırmadan (əgər imamdırsa, səsli olaraq) *“اللهُ أَكْبَرُ”* — deyərək *ikinci səcdəyə gedər* və *səcdədə* sadəcə özü eşidəcək səs tonu ilə *üç dəfə bu zikri deyər:*
*سُبْحَانَ رَبِّيَ الْأَعْلَى*
Daha sonra (əgər imamdırsa, səsli olaraq) *“اللهُ أَكْبَرُ”* — deyərək ikinci səcdədən qalxıb iftiraş şəklində oturar, daha sonra əvvəl əllərini yerdən götürüb təkan verərək ardınca dizlərini yerdən götürməklə ikinci rükətə qalxar.
🤲🏻 *İkinci rükət:*
Bu səfər səsli olaraq ard-arda yeddi yox, *beş dəfə təkbir gətirər,* (birinci rükətdəki kimi) hər bir təkbir üçün əllərini qulaq səviyyəsinə qədər qaldırar və hər bir təkbir arası əllərini az əvvəl qeyd edildiyi kimi bağlayar, habelə hər təkbir arası (əgər imamdırsa, səsli olaraq) sadəcə özü eşidəcək qədər səs tonu ilə təhlil, təkbir və təmcid edər:
1. *اللهُ أَكْبَرُ:*
سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ
2. *اللهُ أَكْبَرُ:*
سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ
3. *اللهُ أَكْبَرُ:*
سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ
4. *اللهُ أَكْبَرُ:*
سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إلَهَ إلَّا اللَّهُ وَاَللَّهُ أَكْبَرُ
5. *اللهُ أَكْبَرُ:*
(Birinci rükətdəki kimi) özü eşidəcək qədər səs tonu ilə *təəvvüz gətirər* (əuzu oxuyar):
*أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيطَانِ الرَّجِيمِ*
(Birinci rükətdəki kimi) 4️⃣ *Fatihə* surəsini (bəsmələ də Fatihədən bir ayədir) oxuyar (imamdırsa, səsli olaraq oxuyar, əgər camaatdandırsa, özü eşidəcək qədər səs tonu ilə imamdan sonra sadəcə Fatihə surəsini oxuyar):
1. *بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ*
2. *الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ*
3. *الرَّحْمَٰنِ الرَّحِيمِ*
4. *مَالِكِ يَوْمِ الدِّينِ*
5. *إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ*
6. *اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ*
7. *صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ*
(Birinci rükətdəki kimi) Fatihə bitdikdən sonra səsli olaraq imamla birgə camaat *amin* deyər (və imamdırsa, arxadakı camaatın da Fatihə surəsini oxuması üçün bir Fatihə miqdarı camaatı gözləyər):
*آمِينَ رَبَّ الْعَالَمِينَ*
(Birinci rükətdəki kimi) daha sonra (özü eşidəcək qədər səs tonu ilə) *təəvvüz gətirər* (əuzu oxuyar):
*أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيطَانِ الرَّجِيمِ*
(Birinci rükətdəki kimi) daha sonra səsli olaraq *bəsmələni* oxuyar:
*بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ*
(Birinci rükətdəki kimi) daha sonra səsli olaraq *zəmm* (Qurandan istənilən bir ayə, istənilən bir surə) oxuyar (ikinci rükət üçün Qamər surəsi və ya Ğaşiyə surəsini oxuması da müstəhəbdir, əfzəl olan Qamərdir), camaat heç nə oxumaz.
(Birinci rükətdəki kimi) 5️⃣ (İmamdırsa, səsli olaraq) əllərini qulaq səviyyəsinə qaldırarkən *“اللهُ أَكْبَرُ”* — deyərək *rükuya* gedər və rükuda üç dəfə sadəcə özü eşidəcək qədər səs tonu ilə *təzim* zikrini edər:
*سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ*
(Birinci rükətdəki kimi) 6️⃣ *Rükuda itminan edər,* yəni ən azı bir sübhanallah miqdarı qədər gözləyər.
(Birinci rükətdəki kimi) 7️⃣ *Rükudan qalxar* və (imamdırsa, səsli olaraq) qalxarkən belə deyər:
*سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ*
(Birinci rükətdəki kimi) *tam dikəldikdən sonra* isə (hər bir kəs sadəcə özü eşidəcək qədər səs tonu ilə) belə deyər (və əllərini qulaq səviyyəsinə qədər qaldırar, endirər və əlləri sərbəst buraxar, bağlamaz):
*رَبَّنَا لَكَ الْحَمْدُ*
(Birinci rükətdəki kimi) 8️⃣ *Tam dikəldikdən sonra ən az bir sübhanallah miqdarı qədər gözləyər.*
(Birinci rükətdəki kimi) 9️⃣ (İmamdırsa, səsli olaraq) *“اللهُ أَكْبَرُ”* — deyərək səcdəyə gedər, ilk əvvəl dizlərini yerə atar, ardınca əllərini yerə qoyar və səcdə edər.
(Birinci rükətdəki kimi) *səcdədə ikən* sadəcə özü eşidəcək qədər səs tonu ilə *üç dəfə belə zikr edər:*
*سُبْحَانَ رَبِّيَ الْأَعْلَى*
(Birinci rükətdəki kimi) 1️⃣0️⃣ *Səcdədə ən az bir sübhanallah miqdarı gözləyər.*
(Birinci rükətdəki kimi) 1️⃣1️⃣ Əllərini qaldırmadan (əgər imamdırsa, səsli olaraq) *“اللهُ أَكْبَرُ”* — deyərək səcdədən qalxar və iftiraş şəklində *oturaraq* iki səcdə arasında sadəcə özü eşidəcək qədər səs tonu ilə belə zikr edər:
*رَبِّ اغْفِرْ لِي*
(Birinci rükətdəki kimi) 1️⃣2️⃣ *İki səcdə arasında oturarkən itminan edər,* yəni ən az bir sübhanallah miqdarı qədər gözləyər.
(Birinci rükətdəki kimi) daha sonra əlləri qaldırmadan (əgər imamdırsa, səsli olaraq) *“اللهُ أَكْبَرُ”* — deyərək *ikinci səcdəyə gedər* və *səcdədə* sadəcə özü eşidəcək səs tonu ilə *üç dəfə bu zikri deyər:*
*سُبْحَانَ رَبِّيَ الْأَعْلَى*
1️⃣3️⃣ Daha sonra (əgər imamdırsa, səsli olaraq) *“اللهُ أَكْبَرُ”* — deyərək ikinci səcdədən qalxıb *təvərrük* şəklində *son oturuşu oturar.*
1️⃣4️⃣ Son oturuşda *təhiyyat duasını* oxuyar:
*اَلتَّحِيَّاتُ اَلْمُبارَكاتُ اَلصَّلَوَاتُ اَلطَّيِّباَتُ لِلَّهِ، اَلسَّلامُ عَلَيْكَ أيُّهَاالنَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، اَلسَّلامُ عَلَيْنَا وَعَلَى عِباَدِ اللهِ الصَّالِحيِنَ، أَشْهَدُ أَنْ لاَ إلَهَ إِلاَّ اللَّهُ، وَأَشْهَدُ أنَّ مُحَمَّداً رَسُولُ اللَّهِ*
Təhiyyat duasının şəhadətdəki *“إِلاَّ اللَّهُ”* hissəsinə çatan zaman yumruq şəklində bükülmüş sağ əlinin *işarə barmağı ilə oraq şəklində tutaraq ucunu qibləyə sarı yönəldər.* Sol əli yayılmış şəkildə bud üzərinə qoyar və təhiyyat (oxunmayan) olmayan hər bir rükətdə hər iki əli də yayılmış şəkildə (açıq şəkildə) budlarının üzərinə qoyar.
1️⃣5️⃣ *Təhiyyatdan sonra ən az Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) salavat gətirər:*
*أَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ*
*Peyğəmbərlə yanaşı ailəsinə də salavat gətirər* və belə deyər:
*أَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَعَلٰى اٰلِ مُحَمَّدٍ*
Kamil olaraq da belə deyə bilər:
*أَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَعَلٰى اٰلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلٰى اِبْرَاهِيمَ وَعَلٰى اٰلِ اِبْرَاهِيمَ اِنَّكَ حَمِيدٌ مَجِيدٌ*
Bunlardan sonra Quran və Sünnə üzrə varid olmuş *hər bir duanı oxuya bilər.*
1️⃣6️⃣ Namazdan çıxmaq üçün *sağa belə salam verər:*
*السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ ٱللَّهِ*
Sağ yanaq arxadan baxan kimsə üçün görünəcək bir şəkildə sağa salam verəcək.
*Daha sonra eyni şəkildə sola salam verəcək:*
*السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ ٱللَّهِ*
Və son oturuşdan son salama qədər sağ əldəki işarə barmağını qeyd edildiyi kimi vəziyyətdə - qibləyə işarə edən vəziyyətdə saxlayar.
1️⃣7️⃣ *Namazdakı rüknlərin tərtibinə riayət edəcək.*
Təhiyyat duası zamanı işarə barmağına baxmaq istisna qiyam, rüku, səcdə və s. kimi digər bütün hallar üçün səcdə yerinə baxmaq müstəhəbdir.
*Nicat Gəmisi ©️ (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi
❤️
👍
🙏
🤲
4