
Nicat Gəmisi | سفينة النجاة
June 7, 2025 at 12:10 PM
*Bir şafei böyüyümüzdən:* “Fiqh sisteminin bu gün pozulmasının səbəbi “(akademik) tədqiqatçı elm tələbəsi” tipinin “dərs çalışan elm tələbəsi” tipinə üstün gəlməsidir. Mətnlər və haşiyələrlə aparılan klassik dərs sisteminə yönələn tənqidlərin əksəriyyəti bölgəmizdə akademik tədqiqat dövrünün başlanğıcına duyulan heyranlıqdan qaynaqlanır.
Ey gənc! Qocaldığında peşman olmaq istəmirsənsə, sələf salehin öyrənmə metoduna qayıt. Mətnlərin ibarələrini anlamaq üçün diz çök, haşiyələrə qeydlər apar, tərifləri, qeyd və şərtləri, dəlilləri, bölgüləri, etibarlı görüşləri, rəvayətləri, vəchləri, etirazları diqqətlə araşdır. Mənzumələri əzbərlə, əzbərlədiklərini nizama sal. Dərs oxu, yaz, suallar ver və elm yolunda səbirli ol.
Bu yol uzundur, zövqlü deyil; zəhmət, yorğunluq, vaxt və zehni boşaltmağı, lüzumsuz şeyləri tərk etməyi tələb edir. Lakin həqiqi öyrənmənin yolu budur.Başlanğıcdan etibarən tədqiqatçı olmaq istəyirsən. Əvvəlini öyrənmədiyin və sonrasını da öyrənməyəcəyin bir məsələyə atılaraq, axtarış motorlarından topladığın sitatları düzərək özünü alim sayırsan…
Heyhat! Şübhəsiz sənə nəsihət edən biriyəm”.
*Nicat Gəmisi ©️ (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi
❤️
👍
🌹
😂
6