
Nicat Gəmisi | سفينة النجاة
June 7, 2025 at 11:15 PM
*Fiqhi mənfəət:* Xülasə: *Yemək ədəbi barəsində:* Yemək və içməkdən əvvəl bəsmələ demək sünnədir, hətta cənabətli və ya heyzli qadın belə olsa, çünki yeməyə dair əmr var və içmək də ona qiyas edilir. Hər loxmadan əvvəl bəsmələ demək isə gözəldir. Bəsmələnin ən qısa forması:
*بِسْمِ الله*
— ən kamil forması isə:
*بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ*
Bu, camaat üçün sünneyi-kifayədir (yəni bir nəfər desə, hamı üçün kifayətdir), lakin bununla yanaşı hər bir fərd üçün ayrıca sünnədir (yəni hamı desə, daha fəzilətlidir).
Əgər yeməyin əvvəlində bəsmələ deyilməzsə, ortasında deyilər. Əgər ortasında da deyilməzsə, sonunda deyilər, çünki bu zaman şeytan yediyini və ya içdiyini qusar.
Yemək və içməkdən sonra həmd etmək də, yəni:
*الْحَمْدُ للّه*
— demək də sünnədir. Bu iki işdə ondan nümunə götürülməsi üçün həm bəsmələ, həm də həmdi uca səslə deyər.
خَاتِمَةٌ: فِي آدَابِ الْأَكْلِ: تُسَنُّ التَّسْمِيَةُ قَبْلَ الْأَكْلِ وَالشُّرْبِ وَلَوْ مِنْ جُنُبٍ وَحَائِضٍ لِلْأَمْرِ بِهَا فِي الْأَكْلِ وَيُقَاسُ بِهِ الشُّرْبُ، وَلَوْ سَمَّى مَعَ كُلِّ لُقْمَةٍ فَهُوَ حَسَنٌ، وَأَقَلُّهَا بِسْمِ اللَّهِ، وَأَكْمَلُهَا بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ، وَهِيَ سُنَّةُ كِفَايَةٍ لِلْجَمَاعَةِ، وَمَعَ ذَلِكَ تُسَنُّ لِكُلٍّ مِنْهُمْ، فَإِنْ تَرَكَهَا أَوَّلَهُ أَتَى بِهَا فِي أَثْنَائِهِ، فَإِنْ تَرَكَهَا فِي أَثْنَائِهِ أَتَى بِهَا فِي آخِرِهِ فَإِنَّ الشَّيْطَانَ يَتَقَيَّأُ مَا أَكَلَهُ أَوْ شَرِبَهُ، وَيُسَنُّ الْحَمْدُ بَعْدَ الْفَرَاغِ مِنْ ذَلِكَ وَيَجْهَرُ بِهِمَا لِيُقْتَدَى بِهِ فِيهِمَا.
مغني المحتاج
*Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi
❤️
3