Nicat Gəmisi | سفينة النجاة
Nicat Gəmisi | سفينة النجاة
June 10, 2025 at 12:45 AM
*Fiqhi mənfəət:* İstər namaz daxilində, istərsə də namaz xaricində Fatihədən sonra və yüngül bir səssizlikdən sonra (səsli namazlarda səsli, səssiz namazlarda səssiz) amin demək sünnədir. Lakin bu, namazda daha çox tövsiyə edilən bir sünnədir. (وَيُسَنُّ عَقِبَ الْفَاتِحَةِ) بَعْدَ سَكْتَةٍ لَطِيفَةٍ (آمِينَ) سَوَاءٌ أَكَانَ فِي صَلَاةٍ أَمْ لَا، وَلَكِنْ فِي الصَّلَاةِ أَشَدُّ اسْتِحْبَابًا. Mənim açıqladığım şeydən məlum olduğu kimi burada “ardınca” deməklə amin ləfzinin Fatihə ilə birləşdirilməsi qəsd edilmir. Əksinə, amin ləfzinin qiraətdən fərqlənməsi (ayrılması) üçün bu ikisinin arasını bununla ayırmışdır. وَلَيْسَ الْمُرَادُ بِالْعَقِبِ هُنَا أَنْ يَصِلَ التَّأْمِينَ بِهَا كَمَا يُعْلَمُ مِمَّا قَدَّرْتُهُ، وَإِنَّمَا فَصَلَ بَيْنَهُمَا بِذَلِكَ لِيَتَمَيَّزَ عَنْ الْقِرَاءَةِ. Və daha zahir görüşə görə amini uca səslə söyləyər. وَيَجْهَرُ بِهِ فِي الْأَظْهَرِ. (İmamımız Şafei) “Ümm” adlı əsəri üzrə belə demişdir: *“Əgər bir kimsə:* *آمِينَ رَبَّ الْعَالَمِين* *— və ya buna bənzər başqa zikrləri də desə, bu da gözəl olar”.* قَالَ فِي الْأُمِّ: وَلَوْ قَالَ: آمِينَ رَبَّ الْعَالَمِينَ وَغَيْرَ ذَلِكَ مِنْ الذِّكْرِ كَانَ حَسَنًا. Məzhəbimizdə bundan savayı imamla birgə edilməsi müstəhəb olan bir şey yoxdur. وَلَيْسَ لَنَا مَا تُسْتَحَبُّ فِيهِ مُقَارَنَةُ الْإِمَامِ سِوَى هَذِهِ. مغني المحتاج *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi
❤️ 😮 3

Comments