AzadliqRadiosu

AzadliqRadiosu

83.7K subscribers

Verified Channel
AzadliqRadiosu
AzadliqRadiosu
May 23, 2025 at 01:48 PM
ABŞ hökuməti Harvard Universitetinin xarici tələbələri qəbul etmək imkanını əlindən alıb. Bundan əlavə, prezident Donald Trampın administrasiyası hazırda ABŞ-də təhsil alan xarici tələbələri başqa təhsil müəssisələrinə köçməyə məcbur edir, əks halda, onlar ölkədə qanuni qalmaq hüququnu itirəcəklər. Bu barədə mayın 22-də Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Nazir Kristi Noem Harvard Universitetinin tələbə mübadiləsi proqramını zorakılığı, antisemitizmi təşviq etməkdə və Çin Kommunist Partiyası ilə "koordinasiyalı" hərəkətlərdə günahlandıraraq onun sertifikatının ləğvinə göstəriş verib. Harvard Universiteti Tramp administrasiyasının minlərlə tələbəyə təsir edən addımlarını qanunsuz, qisas xarakterli və ali məktəbin akademik və tədqiqat missiyasını sarsıdan hərəkətlər kimi qiymətləndirib. Universitet zərər çəkmiş tələbələrə dəstək olacağını vəd edib.
Image from AzadliqRadiosu: ABŞ hökuməti Harvard Universitetinin xarici tələbələri qəbul etmək imk...
😂 👍 😮 😢 😑 😔 🇵🇸 👌 💩 25

Comments