AzadliqRadiosu

AzadliqRadiosu

84.4K subscribers

Verified Channel
AzadliqRadiosu
AzadliqRadiosu
May 24, 2025 at 01:31 PM
İctimai fəal Nicat Əmiraslanova 15 sutka inzibati həbs cəzası verildiyi bildirilir. Bu barədə “AzadlıqRadiosu”na fəalın yaxınları deyib. “Həbsin hansı maddə ilə bağlı olduğunu bilmirik. Deyilənə görə, ictimai asayişi pozmaq maddəsidi. Anasını da məhkəməyə buraxmayıblar. Həbsin səbəbini öyrənməyə çalışırıq”. Yaxınları Nicat Əmiraslanovun həbsinin 18 yaşlı Elgün İbrahimovun ölümü ilə bağlı bukletləri payladığı üçün olduğunu düşünür. Xatırladaq ki, mayın 13-nə keçən gecə Gəncə sakini, 18 yaşlı Elgün İbrahimov aldığı ağır xəsarətlərdən sonra ölüb. Faktla bağlı cinayət işi açıldığı deyilsə də, hələlik cinayətkarların tapılmaması sosial şəbəkələrdə bir çox istifadəçilər tərəfindən tənqidlə qarşılanıb. Bir neçə gündür sosial mediada İbrahimovla bağlı aksiya keçiriləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır.
Image from AzadliqRadiosu: İctimai fəal Nicat Əmiraslanova 15 sutka inzibati həbs cəzası verildiy...
😢 😂 ❤️ 🙏 🇵🇸 😮 🇮🇱 👍 👮‍♂️ 33

Comments