AzadliqRadiosu

AzadliqRadiosu

83.9K subscribers

Verified Channel
AzadliqRadiosu
AzadliqRadiosu
May 28, 2025 at 12:26 PM
İranda "İsrail üçün casusluq"da ittiham olunan Pedram Mədəni edam olunub. İnsan haqları təşkilatları bu işin "əsaslı" qüsurlarla dolu olduğunu və ittihamların məcburiyyət altında alınmış etiraflara əsaslandığını qeyd ediblər. Ölkənin ədliyyə sisteminə bağlı "Mizan" xəbər agentliyi mayın 28-də bildirib ki, edam "İsrail üçün casusluq" və "qanunsuz yollarla var-dövlət əldə etmə" ittihamlar əsasında həyata keçirilib. Pedram 2020-ci ildə İsrailə casusluq etməsi iddiası ilə həbs olunub. O, İnqilab Məhkəməsi tərəfindən "yer üzündə fəsad törətmək" ittihamı ilə ölüm cəzasına məhkum edilib. Bu hökm Ali Məhkəmə tərəfindən üç dəfə ləğv edilsə də, hər dəfə aşağı instansiya məhkəməsi onu yenidən ölüm cəzasına məhkum edib.
Image from AzadliqRadiosu: İranda "İsrail üçün casusluq"da ittiham olunan Pedram Mədəni edam olun...
👍 🇮🇷 🇵🇸 😂 😢 🇮🇱 🖕 22

Comments