AzadliqRadiosu

AzadliqRadiosu

84.4K subscribers

Verified Channel
AzadliqRadiosu
AzadliqRadiosu
June 3, 2025 at 06:32 AM
İranın ISNA xəbər agentliyi yazır ki, İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya şöbəsinin baş direktoru Müctəba Dəmirçilu bu ölkənin Azərbaycana yeni səfiri təyin edilib. Bundan əvvəl İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi idi və onun səlahiyyət müddəti 2024-cü ilin martında başa çatmışdı. İran XİN-in sözçüsü İsmail Bəqayi iyunun 2-də keçirdiyi mətbuat konfransında İranın Azərbaycana yeni səfir təyinatı ilə bağlı sualı cavablandırarkən deyib: "Bizim Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrimiz çox həssas və vacibdir. Azərbaycan Respublikasına gəlincə, inzibati proses tamamlanıb, şəxs seçilib. O, təcrübəli və tanınmış diplomat və Avrasiya regionu üzrə ekspertdir".
Image from AzadliqRadiosu: İranın ISNA xəbər agentliyi yazır ki, İran Xarici İşlər Nazirliyinin (...
👍 👎 🙏 10

Comments