AzadliqRadiosu

AzadliqRadiosu

83.9K subscribers

Verified Channel
AzadliqRadiosu
AzadliqRadiosu
June 3, 2025 at 10:15 AM
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 15-dən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq. AZAL-dan verilən məlumata görə, bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək. AZAL İranın paytaxtı Tehran şəhərinə də reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək. İranla Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə hava reysləri bundan əvvəl də olub, lakin dayanmışdı. Bu, koronavirus pandemiyası ilə izah edilmişdi. Bakı-Təbriz, Təbriz-Bakı reysi ilk dəfə 2011-ci il sentyabrın 20-də açılmalı idi. Lakin bu yalnız bir il sonra gerçəkləşmişdi.
Image from AzadliqRadiosu: Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 15-dən etibarən Bakı–Təb...
😂 👍 ❤️ 🖕 🤫 11

Comments