
AzadliqRadiosu
June 9, 2025 at 07:13 AM
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qaradağ şöbəsinin üzvü Rahil Quliyevin iyunun 7-də saxlandığı bildirilir.
Bu barədə AXCP-dən iyunun 8-də məlumat yayılıb. Partiyadan vurğulandığına görə, onun haqqında cinayət işi açılıb. Amma partiyadan detallar açıqlanmayıb. AXCP-nin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
R.Quliyev ötən ayın əvvəlində 30 sutka inzibati qaydada həbs edilmişdi. O, bir neçə gün idi ki, azadlığa çıxmışdı.

😡
😂
🇵🇸
❤️
😮
16