AzadliqRadiosu

AzadliqRadiosu

84.4K subscribers

Verified Channel
AzadliqRadiosu
AzadliqRadiosu
June 9, 2025 at 01:16 PM
Bu gün, iyunun 9-da Rusiya və Ukrayna arasında yaşı 25-dən aşağı və ağır xəstə olan hərbi əsirlərin mübadiləsinə başlanılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna prezidenti Volodimir Zelenski də əsir mübadiləsinin başladığını təsdiqləyərək ölkəyə qayıdan ukraynalı hərbçilərin fotosu olan paylaşım edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda 25 yaşadək Rusiya hərbçilərinin bir qrupunun geri qaytarıldığı qeyd olunub. Mübadilə "1:1" nisbətində həyata keçirilib, lakin neçə nəfərin dəyişdirildiyi açıqlanmayıb. Mübadilənin yaxın günlərdə davam edəcəyi gözlənilir. Ətraflı : https://smarturl.click/Rembl
Image from AzadliqRadiosu: Bu gün, iyunun 9-da Rusiya və Ukrayna arasında yaşı 25-dən aşağı və ağ...
👍 🇵🇸 10

Comments