Azər iş
Azər iş
June 3, 2025 at 07:43 AM
Dağ-mədən mühəndisi tələb olunur İşəgötürən: AAC MMC Vəzifəyə dair tələblər: Ali təhsil;(dağ-mədən mühəndisi üzrə) 2 ildən artıq iş təcrübəsi; İstehsalat müəssisələrində (zavod, fabrik) iş təcrübəsinə üstünlük verilir; Dəqiq, məsuliyyətli və tapşırıqların vaxtlı-vaxtında icrası, Azərbaycan dili mükəmməl bilməlidir. Sürücülük vəsiqəsi tələb olunur. İş barədə məlumat: İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km. Əmək haqqı 800-900 AZN (net) olacaqdır. Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur İş rejimi - 5 günlük Faydalı qazıntı yataqların istismarına nəzarət edilməsi; Faydalı qazıntı yataqların ümumi fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi, Faydalı qazıntı yataqların istismar planının hazırlanmasına, planlaşdırılmış müddətlərdə keyfiyyətli məhsulun istehsalına nəzarət edilməsi; Faydalı qazıntı yataqlarda gündəlik istehsalatın, qəbul olunan xammal, mal-materiallar və müxtəlif ləvazimatların hesabatının hazırlanması, həmçinin həmin hesabatların qəbul edilməsi; Görülən işlərlə bağlı bütün ehtiyatlardan və vəsaitlərdən qənaətlə və səmərəli istifadəsinə nəzarət edilməsi; Mövcud olan avadanlıqlara vaxtı-vaxtında qulluq edilməsinə nəzarət edilməsi; İşçiləri üçün təhlükəsiz əmək şəraitinin yaradılması və işçilər tərəfindən əməyin təhlükəsizliyi tələblərinə riayət edilməsinin təşkil edilməsi və buna nəzarət edilməsi; İşlərin görülməsi zamanı ətraf mühitin qorunmasına yönəlmiş və dağ-mədən işlərinə dair ölkədə mövcud tələblərə riayət edilməsi; Geoloji kəşfiyyat işlərinin aparılması; Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi; Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi; Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi; Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi; Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsi; Müəssisədaxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi; Bu vəzifə təlimatı ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi; Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların təqdim edilməsi. Dağ-mədən işlərinin təşkilində və ləğvində iştirak. Uçotların aparılması və lazımi hesabatların hazırlanması. "Dağ-mədən mühəndisi " qeyd edib CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍 4

Comments