
Azər iş
June 3, 2025 at 01:12 PM
Anestezioloq-reanimatoloq tələb olunur
İşəgötürən: MediClub
Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 1500-3000 Azn arası təyin edilir.
Əmək funksiyası:
Həkim- anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir;
Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir;
Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir və s.
Bilməlidir:
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını;
Səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını;
Öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını və s.
Vəzifəyə qoyulan tələblər:
Ali təhsil;
Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili;
İxtisas üzrə azı 3 il iş təcrübəsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
Növbəli iş rejimi;
"Anestezioloq-reanimatoloq" qeyd eidb CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
4