
Azər iş
June 3, 2025 at 01:12 PM
Baş Dispetçer tələb olunur (Gəncə şəhəri)
İşəgötürən: Baku Bus
Vəzifə öhdəlikləri:
Avtobusların planlaşdırılmış qrafikə uyğun olaraq xəttə çıxışına cavabdeh olmaq.
Sürücülərin iş qrafiklərini tənzimləmək və zərurət yarandığı təqdirdə dəyişikliklər etmək;
Gündəlik xəttə çıxacaq sürücülərin sürücülük vəsiqələrinin yoxlanılması;
Sürücülərin iş saatını müvafiq qanunvericilik çərçivəsinə uyğun tənzimləmək;
Gündəlik gördüyü işlərin hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək;
Tabe olduğu rəhbər şəxslər tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;
Namizədə tələblər:
Ali təhsil (Yerüstü nəqliyyat vasitələri və Nəqliyyatın istismarı, Yol hərəkətinin təşkili);
Müvafiq sahə üzrə 3 il staj;
MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
Azərbaycan dilini sərbəst (ingilis və rus dilini biliyi arzuolunandır) ;
Stressə davamlı, gərgin iş rejimində işləməyi bacarmalı;
Dəqiqlik ,dürüstlük və məxfiliyə riayət etmək;
İşçilərlə nəzakətli ünsiyyət ;
İş rejiminə və prosedurlarına riayət;
Təşəbbüskarlıq və komandada işləmə bacarığı;
İş şəraiti:
İs yeri: Gəncə şəhəri;
İş rejimi Növbəli;
Peşəkar,mehriban komandada iş;
Karyera yüksəlişi üçün perspektiv;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər "Baş Dispetçer (Gəncə şəhəri)" CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
❤️
4