Azər iş
Azər iş
June 4, 2025 at 09:29 AM
Yükləyici tələb olunur İşəgötürən: Norm OJSC İş yeri: Qarabağ (Əsgəran) Beton zavodu Tələblər: Orta texniki təhsil; Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi; B, C, E kateqoriyaları üzrə sürücülük vəsiqəsi; Müştəriyönümlülük; Davamlı inkişaf; Keyfiyyət yönümlülük, Bütövlük. Vəzifə və Öhdəliklər: Yükləyici ilə daş-çınqıl, qum və digər materialları təyin olunmuş ərazilərə yükləmək, boşaltmaq və nəqliyyat vasitələrinə yükləmək; Yükləyicinin bütün funksiyalarını düzgün istifadə edərək təhlükəsiz şəkildə idarə etmək, maşının performansını artırmaq üçün lazımi bacarıqları tətbiq etmək; İş zamanı şəxsi və ətrafdakıların təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik qaydalarına riayət etmək, qoruyucu geyim və avadanlıqlardan istifadə etmək; Yükləyicinin gündəlik texniki baxışını aparmaq, yağlama, su, yanacaq səviyyələrini yoxlamaq və hər hansı nasazlıq aşkar edildikdə rəhbərliyə bildirmək; Yük maşını istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etmək, qoruyucu avadanlıqların istifadəsini təmin etmək; Yüklənəcək ərazini hazırlamaq, lazımi sahələri təmizləmək və materialların rahat şəkildə yığılmasına imkan yaratmaq; Yüklənən materialın miqdarı və keyfiyyəti ilə bağlı nəzarəti təmin etmək, materialların düzgün ölçülərə uyğun yüklənməsini həyata keçirmək; Yükləyicinin gündəlik texniki baxışını aparmaq, yağlama, su, yanacaq səviyyələrini yoxlamaq və hər hansı nasazlıq aşkar edildikdə rəhbərliyə bildirmək; Fövqəladə hallarda (qəza, texniki nasazlıq və s.) operativ tədbirlər görmək və təhlükəsizlik planlarına uyğun davranmaq; Yükləmə və boşaltma proseslərini izləmək, lazım gəldikdə iş yükünü tənzimləmək və istehsal göstəricilərini qorumaq; Hasil edilən materialların miqdarını, yüklənməsini və boşaldılmasını qeydə almaq üçün müvafiq sənədləri düzgün doldurmaq; Digər operatorlar, sürücülər və sahə rəhbərliyi ilə müntəzəm əlaqədə olmaq, işlərin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək; Yükləyici ilə iş görərkən yol boyunca olan maneələri (daş, qoz, bitkilər və s.) vaxtında aradan qaldırmaq; Yükləmə və boşaltma işlərini səmərəli şəkildə icra edərək iş proseslərini sürətləndirmək və məhsuldarlığı artırmaq; Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar. "Yükləyici" qeyd eidb CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍 ❤️ 3

Comments