
Azər iş
June 4, 2025 at 12:50 PM
Əməliyyatlar üzrə kiçik mütəxəssis tələb olunur
İşəgötürən: Azərbaycan Sənaye Bankı
İş yeri: İmişli rayonu
Tələblər:
Ali təhsilli (iqtisadi, texniki) olmalı;
Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
Məntiqi və analitik düşünmə tərzi;
Komandada işləmək bacarığı;
Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
İş haqqında məlumat:
Departamentin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər normativ hüquqi aktlarının tələblərinə və Bankdaxili reqlamentlərin tələblərinə uyğun aparılmasını, həmçinin bank sirrinin qorunmasını təmin etmək;
İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
Departamentdə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət/riayət etmək;
Departamentdə lazımi əmək şəraitinin yaradılması, təsərrüfat, inzibati və texniki dəstəyin təmin edilməsi barədə təkliflər vermək;
Departament sənədlərinin mühafizəsini və arxivləşdirilməsi işini təşkil və nəzarət etmək;
Departamentin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək;
Yoxlayıcılara, auditorlara və Bankın digər struktur bölmələrinə hesabatların hazırlanması üçün tələb olunan lazımi məlumatların təqdim edilməsini təmin etmək;
Departamentin əvəzetmə planına uyğun olaraq işdə olmayan əməkdaşların səlahiyyətlərini yerinə yetirmək
Departamentin fasiləsiz iş rejimini təmin etmək məqsədilə işçilərin bir-birilərini əvəz etmələri üçün vəzifələrini keyfiyyətli şəkildə icra edəcək lazımi savada, bacarığa, peşə təcrübəsinə və yararlılığına malik kadr heyətini Bankın insan resursları siyasətinə uygun qaydada yetişdirmək;
Qanunvericilik, bankın daxili reqlamentləri ilə müəyyən edilmiş, həmçinin rəhbərlər tərəfindən verilmiş digər vəzifə və səlahiyyətləri icra etmək.
Departament müdiri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün bankın digər struktur bölmələrindən lazımi məlumatları və sənədləri tələb etmək;
Departamentin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək və digər departamentlərin sorğularına subordinasiya qaydalarına riayət etməklə cavab vermək;
Departamentin işinin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Bank tərəfinndən istifadəsinə verilmiş proqram təminatı və alətləri iş prosesinə uyğunlaşdırmaq, qanunvericiliyin və günün tələbinə uyğun təkmilləşdirmək, şöbə/departament tərəfindən aktiv istifadəsini təmin etmək;
İş yerində və prosesində istifadə edilən maddi-texniki vəsaitlərin saxlanılmasını və düzgün istifadəsini təmin etmək.
Daxil olan məktubların vaxtında və lazımi qaydada cavablandırılmasını təmin etmək.
Bank proqramı və digər proqramlarla əlaqədar özünə təsis edilən şifrənin gizlilik və təhlükəsizliyini təmin etmək
Bank sistemində və müxtəlif proqramlarda istifadə edilən istifadəçi kodlarının düzgünlüyündən, gizliliyindən tam məsuliyyət daşımaq, reallaşdırılan əməliyyatların təhlükəsizliyini təmin etmək
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Təcrübə proqramı ödənişlidir;
Nahar şirkət tərəfindən təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatlar üzrə kiçik mütəxəssis” göstərməyiniz xahiş olunur.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
❤️
3