
Azər iş
June 5, 2025 at 09:40 AM
Spirtli və spirtsiz içkiləri üzrə Satış məsləhətçisi tələb olunur
"Alcopoint Retail MMC" – "Spirtli və spirtsiz içkilərin birbaşa idxalı və satışı, həmçinin tütün məmulatlarının satışı üzrə ixtisaslaşmış şirkət."
🟡 "Alcopoint Retail MMC" satış mağazalarında müştəri məmnuniyyətini ön planda tutan, ünsiyyətcil və dinamik Satış məsləhətçisi axtarırıq!
Yaş həddi: 22-38 Kişi namizəd
🟡 Tələblərimiz:
▪️ Mağazada məhsulların satışını həyata keçirmək və alıcılara məhsul seçimində kömək etmək;
▪️ Müştəri suallarını cavablandırmaq və yüksək səviyyədə xidmət göstərmək;
▪️ Məhsul təqdimatı və yerləşdirilməsini şirkət standartlarına uyğun şəkildə təşkil etmək;
▪️ Gündəlik satış və məhsul hərəkəti hesabatlarının aparılmasında iştirak etmək;
▪️ Təmiz və səliqəli iş mühitinin təmin olunmasına nəzarət etmək;
▪️ Şirkətin satış strategiyalarına və kampaniyalarına uyğun fəaliyyət göstərmək.
▪️ Dil biliyi: Rus dili biliyi arzuolunandır
🟡 Əsas öhdəlikləriniz bunlardır:
▪️ Satış və ya müştəri xidməti sahəsində minimum 1 il təcrübə (üstünlükdür);
▪️ Orta ixtisas və ya ali təhsil (turizm, şərab, marketinq və ya idarəetmə sahəsi üstünlükdür);
▪️ Yaxşı ünsiyyət və təqdimat bacarığı;
▪️ Aktiv və enerjili olmaq, komanda ilə işləmə bacarığı;
▪️ Müştəri yönümlü düşüncə və pozitiv yanaşma;
▪️ Növbəli iş rejimində və çevik qrafikdə işləmək imkanları.
🟡 İdeal namizədin xüsusiyyətləri:
▪️ Gülərüz və ünsiyyətcil yanaşma;
▪️ Satış prosesində çeviklik və diqqətlilik;
▪️ Səliqəli görünüş və peşəkar davranış;
▪️ Problemləri operativ və effektiv həll etmə bacarığı.
🟡 Bizim Təklifimiz: Nələr əldə edəcəksiniz?
▪️ Maraqlı və dinamik iş mühiti;
▪️ Rəqabətli əmək haqqı və bonus sistemi;
▪️ Peşəkar inkişaf və daxili təlim imkanları;
▪️ Şirkət daxilində karyera yüksəlişi perspektivləri.
📞 Ətraflı məlumat və müraciət üçün:
📩 [email protected] – mail ünvanına, mövzu hissəsində "Satış məsləhətçisi" qeyd edərək müraciət edin.
“Əgər tanıdığınız bu vəzifəyə uyğun bir şəxs varsa, bu elanı onlarla da paylaşa bilərsiniz.”
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
3