Azər iş
Azər iş
June 5, 2025 at 02:34 PM
Sahə Memarı tələb olunur İşəgötürən: TVM Construction İş yeri: İşğaldan azad olunmuş ərazi (Xankəndi şəhəri-hazırda) Qalmaq yeri və gündə 3 dəfə qidalanma. Əmək haqqı: bilik və bacarıqlar əsasında təyin olunacaq. Vəzifə öhdəlikləri: Müxtəlif layihələrinin memarlıq bölməsinin yoxlanılması, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasının həyata keçirilməsi; Bina və tikililərin, memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanması, işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasının təmin edilməsi; Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunun təmin edilməsi; Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərinin, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi işlərində memari həcmlərin hesablanmasının təmin edilməsi; Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasının təmin edilməsi; Layihə olunmuş obyektlərin subpodratçı şirkətlər tərəfindən tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi; Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək; Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrinin tərtib edilməsi. Namizədə olan tələblər: Ali təhsil (Memarlıq və ya inşaat mühəndisliyi üzrə); Sahə üzrə minimum 3 il iş təcrübəsi; ArchiCad, AutoCAD, 3D Max; “BOQ” və “Specification” hazırlamaq bacarığı; İnteryer bitiş detalları həlli verə bilmək bacarığı; Məsuliyyətlilik və komandada işləmək bacarığı. Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Sahə memarı” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍 ❤️ 4

Comments