
Azər iş
June 9, 2025 at 03:16 PM
Veb Yerləşdirmə üzrə Mütəxəssis tələb olunur
İşəgötürən: Azerfon
İş qrafiki: Standart
Sizin əsas vəzifə öhdəlikləriniz:
Veb saytın performansını və SEO nəticələrini təhlil etmək
Müvafiq hesabatlar hazırlamaq və onları rəqiblərlə/keçmiş göstəricilərlə müqayisə etmək
Mövcud bütün məlumat bazalarından istifadə edərək istifadəçi təcrübəsinin optimizasiyası üçün tövsiyələr vermək
Üçüncü tərəf şirkətlərin veb yerləşdirmə üzrə fəaliyyətini idarə etmək
Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO)
Media reklamlarını dərindən analiz etmək
Biznesin tələblərinə uyğun olaraq saytın kontentini yeniləmək
Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək
Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
Şirkətə aid məlumatların məxfiliyini təmin etmək
Vəzifənin tələbləri:
Ali təhsil (Marketinq sahəsində Ali təhsil üstünlük hesab olunur)
Müasir rəqəmsal texnologiyalar haqqında məlumatlı olmaq və onlayn araşdırma aparma bacarığı
A/B və çoxşaxəli testlərin (A/B və MVT testing) aparılmasında təcrübə
Vebsayt analitikası üçün alətlər (məsələn, Google Analytics, Yandex Metrica, Data Studio) üzrə biliklər
Google Ads (GDN, Search, YouTube ads etc), Yandex Direct, Facebook Business Manager və digər reklam platformalarında kampaniyalarının yaradılması və optimallaşdırılması üzrə təcrübə
E-mail marketinq aparılmasında təcrübə
Bir neçə tapşırığı eyni zamanda yerinə yetirmə qabiliyyəti
Rəqəmsal marketinq üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş, eləcə də korporativ iş təcrüsbəsi üstünlük hesab olunur)
Azərbaycan dili və İngilis dilini səlis bilmək (Rus dilini bilmək üstünlük hesab olunur)
MS Office (Outlook, Word, Power Point, Excel, Visio etc.) proqramlarını bilmək
HTML, CSS, JavaScript barədə ilkin biliklərin olması üstünlükdür
Google (Ads, Analytics, YouTube, Data Studio etc.) HubSpot, Yandex (Direct, Metrica), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint və s., üzrə sertifikatlar üstünlük hesab olunur
‘Veb Yerləşdirmə üzrə Mütəxəssis” qeyd edib CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.
Başlıqda ‘Veb Yerləşdirmə üzrə Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
4