
Azər iş
June 10, 2025 at 11:31 AM
Satış və Biznesin inkişafı üzrə rəhbər tələb olunur
İşəgötürən: İnomarka.az
Inomarka avtosalonu olaraq komandamıza strateji baxışa malik, nəticəyönümlü və liderlik bacarığı olan Satış və Biznesin İnkişafı üzrə Rəhbər axtarırıq. Bu vəzifə satış strategiyasının qurulması, yeni bazarların inkişafı, B2B münasibətlərin gücləndirilməsi və komanda performansının idarə olunması sahəsində aparıcı rol oynayır.
Əsas vəzifə öhdəlikləri:
Amerika, Cənubi Koreya və Çin ikinci əl avtomobil bazarlarının inkişaf etdirilməsi
Gömrük, loqistika, broker, trade-in və s. kimi əlavə xidmətlərin inkişaf etdirilməsi
Bazar və rəqib analizlərinin aparılması, bazar payının artırılmasına dair tədbirlərin görülməsi
Müxtəlif bazar seqmentlərinə uyğun satış modellərinin hazırlanması və tətbiqi
Aylıq və illik satış planlarının və hədəflərinin müəyyən olunması
Satış strategiyasının hazırlanması və mərhələli icrası
Müştəri münasibətlərinin idarə edilməsinə nəzarət, CRM yanaşmasının təkmilləşdirilməsi
Lizinq və tərəfdaş şirkətlərlə əməkdaşlığın genişləndirilməsi
Satış komandası üçün KPI-ların müəyyən olunması və icrasına nəzarət
Marketinq komandası üçün satışa dəstək məqsədli təklif və briflərin hazırlanması
Əsas və strateji B2B müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın təmin edilməsi
İtirilmiş müştərilərin yenidən qazanılması üçün strategiyaların hazırlanması
Satış göstəricilərinin analizi və rəhbərliyə dövri hesabatların təqdim olunması
Namizəddən tələblər:
Ali təhsil (biznesin idarə olunması, marketinq və ya əlaqəli sahələr üzrə)
Avtomobil satışı sahəsində minimum 3–5 illik rəhbər vəzifə təcrübəsi
Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili — Upper Intermediate səviyyəsində
MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək
Satış strategiyasının hazırlanması və komandada tətbiqi üzrə təcrübə
Güclü liderlik, qərarvermə və problem həll etmə bacarığı
Analitik düşüncə və nəticəyə yönəlik iş prinsipi
İctimai çıxış və danışıqlar aparmaq bacarığı
Dəqiqlik, məsuliyyət və detallara diqqət
İş şəraiti:
Əməkhaqqı: Razılaşma yolu ilə
İş qrafiki: Həftə içi 5 gün (10:00–19:00), 6-cı günlər dəyişkən qrafiklə
İş yeri: Ağ Şəhərdə yerləşən ofis
Müraciət üçün:
Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Satış və Biznesin İnkişafı üzrə Rəhbər) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək [email protected] elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqdır.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
2