
Azər iş
June 10, 2025 at 11:33 AM
Biznesin inkişafı üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Kristal Abşeron
Tələblər:
İnşaat mühəndisliyi, biznes idarəçiliyi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Tikinti sahəsində və ya satınalma, biznes inkişafı, məhsul idarəçiliyi sahələrində ən azı 3 il təcrübə;
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Güclü ünsiyyət və danışıq qabiliyyəti;
Yaxşı səviyyədə Rus və İngilis dili;
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində istifadə olunan yeni texnologiya və materialların, innovativ alətlərin və həllərin araşdırılması.
Bazar araşdırmaları edərək, müasir trendləri və texnologiyaları izləmək və şirkətə uyğun olanlarını təqdim etmək.
İnovativ həllərin tətbiq edilməsi və satınalma proseslərinin daha səmərəli və iqtisadi hala gətirilməsi.
Təchizatçı şəbəkəsinin genişləndirilməsi və yeni təchizatçılarla müqavilələr bağlanması.
Satınalma proseslərində və tikinti layihələrində istifadə olunan innovativ həlləri tətbiq etmək və bu texnologiyaların tətbiqinin effektivliyini qiymətləndirmək.
Satınalma və təchizat zəncirində meydana gələ biləcək riskləri analiz etmək və bu risklərin qarşısını almaq üçün tədbirlər görmək.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Biznesin inkişafı üzrə mütəxəssis” yazmaqla [email protected] -n elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
❤️
4