
Azər iş
June 10, 2025 at 01:32 PM
Mağaza müdir müavini tələb olunur (Sumqayıt)
İşəgötürən: AYTA LTD MMC
İş yeri: Sumqayıt şəhəri
Tələblər:
Ali təhsil
Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək vacibdir
MS Office proqramlarından sərbəst istifadə bacarığı
LOGO TİGER proqramında sərbəst işləmək
İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
İş haqqında məlumat:
Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
Mağaza bölmələri üzrə işçilərin iş rejimi və davamiyyətinə nəzarət etmək;
Rəflərdə olan məhsulların son istifadə tarixinin vaxtında yoxlanılmasına nəzarət etmək
Sifarişlərin düzgün yığılmasına və müştəriyə çatdırılmasına nəzarət etmək
Malların qəbulunu təşkil etmək və inventarizasiya prosesində iştirak etmək
Mal qalığına nəzarət etmək və ehtiyac olan malların qeydiyyatını aparıb sifariş verilməsini təmin etmək
Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.
Təminatlar:
Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.
QEYD: Vakansiyaya uyğun namizədlər CV-lərin “MAĞAZA MÜDİR MÜAVİNİ” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilər.
Şirkət haqqında
AYTA LTD MMC şirkəti 20 ildən artıqdır ki, Azərbaycan bazarında tikinti sahəsində fəaliyyət göstərir. 2024-cü ildən etibarən isə yeni qolu "AYTA MARKET" TİCARƏT MƏRKƏZİ fəaliyyətə başlayıb.
https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍
❤️
3