Azər iş
Azər iş
June 11, 2025 at 12:12 PM
Azərbaycanın iri şüşə istehsalçısından maaşlı Yay Təcrübə proqramı Azerfloat QSC 2025-ci ilin iyun ayında Yay Təcrübə proqramına “Siz Xoş Gələcəksiniz” adı altında start verəcək. Bu proqram 3 ay müddətinə nəzərdə tutulub. Proqram haqqında: Mərhələli dəyərləndirmələr (məntiq testi və müsahibə) nəticəsində seçiləcək məzunlar şirkətimizdə aşağıda qeyd olunan şöbələr üzrə təcrübə keçəcəklər. ⏳ Müddət: 3 ay 🎓 Yalnız 4-cü kursu bitirən məzunlar və magistrlər üçün nəzərdə tutulub. Təcrübə keçiriləcək şöbələr: 1. Mühasibatlıq şöbəsi 2. Maliyyə şöbəsi 3. İnformasiya texnologiyaları şöbəsi 4. Nəzarət ölçü cihazları və Avtomatlaşdırma şöbəsi 5. SƏTƏM şöbəsi 6. Satış şöbəsi 7. Keyfiyyətə nəzarət və Laboratoriya şöbəsi 8. Sənaye qaz istehsalı şöbəsi 9. Elektrik mühəndisliyi şöbəsi 10. Mexanika şöbəsi 11. İstehsalat şöbəsi Təcrübə proqramı iyun ayında start verməklə 3 ay davam edəcək. Bu müddət ərzində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, real tapşırıqlar üzərində təcrübə və araşdırma yolu ilə yeni bilik, bacarıqlara yiyələnəcək və iş həyatına ilk addımlarını atacaqlar. Təcrübə proqramını uğurla tamamlayan təcrübəçilərə “Azerfloat” QSC tərəfindən sertifikat və müsbət xasiyyətnamə veriləcək. Texniki bilik və bacarıqları ilə fərqlənən təcrübəçilər işlə təmin olunacaqlar. Tələblər, bilik və bacarıqlar: - Ali və ya orta peşə ixtisasının sonuncu kurs tələbələri; - Ali və ya orta peşə ixtisasını bitirən məzunlar; - Ünsiyyət bacarığı; - Təşəbbüskarlıq; - Məsuliyyət və punktuallıq; - Araşdırma bacarığı Təminatlar: - Əmək haqqı: 400 AZN (vergilər daxil); - Nahar; - Servis: 20 Yanvar-dan təmin edilir; - 08:00-17:00 (Bazar ertəsi – Cümə) Əlavə məlumatlar: • Təcrübə Proqramının iştirakçıları “Azerfloat” QSC-nin Gənclik ofisində (Bakı ş., Koroğlu Rəhimov 13.) və Azerfloat Sumqayıt Şüşə zavodunda (Sumqayıt Kimya Sənaye Parkı., Kimyaçılar küç., 1, AZ 5002, Sumqayıt, Azerbaijan.) fəaliyyət göstərəcəklər; Mövzü yerinə təcrübə keçmək istədiyiniz şöbənin adını yazıb [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur, şöbənin adı qeyd olunmadan göndərilən CV-lərə baxılmayacaqdır. ✉️ Yalnız şöbənin adı qeyd olunan CV-lərə baxılacaq. https://whatsapp.com/channel/0029VaDF4cYADTOHUvO5ZX2t
👍 ❤️ 3

Comments